[HTML] Manat İşarəsi Aşağıya Düşür

Salamlar hamıya :) Payment Gateway yarada bilmişəm ^_^ Artıq məndə plastik kartlardan pul çıxara biləcəm :) Özüdəki heç kəsə heç bir faiz verməyəcəm ^_^ Sualım buna aid deyil. Payment səhifəsində bəzi yerlərdə manat işarəsi tam elə qiymətin yanında olur bəzi yerlərində isə aşağı düşür. Şəkildə işarələmişəm... Mən necə bu manat işarəsini 1324 rəqəminin yanına qoya bilərəm? Link budur: http://www.alapar.az/payment/receipt.php

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

lemark (2014-12-30 03:46:36)
ssl sertifikat da alsan ela olar. 15-40 dollar arasindadi illik

Ayxan (2014-12-29 15:27:57)
Düzdür indi 1 faiz tutulur gateway-ə görə amma mən başqa yolda tapdım onda faizsizdir :)) Cavabıva görə çoxsağol :) Amma TD-ları siləndə sola gedir axı Subtotal

E. Hacı (2014-12-29 12:49:17)
Faiz verəcəksiz :) Ən azından bankdan pulu çıxaranda 1%. + Gateway də nə istifadə edirsizsə onun da haqqı üstəlik(şəxsi gateway olsa belə). Bu belə. Üstəlik şəxsi gateway istifadə etmək həddən artıq risklidir, kiminsə kart data-sı oğurlansa məsuliyyəti var bunun(qorunması üçün xüsusi şifrələmə, sertifikat filanlar var ki, bunlar da puldur hamısı), üstəlik ən azından https olmalıdır, bunsuz heç bir qoruma işə yaramaz, istənilən providerdən, serverdən filandan daxil olub sizin saytdan daxil edilən kartların məlumatını asanca oğurlaya bilərlər. Qaldı simvolun yuxarı çıxmasına, orada css baxımdan maneə yoxdur, sadəcə yer dardır deyə düşüb aşağı. TD-ni ya bir az enli edin, ya da 2 sütun əvvəldə lazımsız boş td-lər var, onlardan birini silin, dərhal çıxacaq yuxarı. Web tools ilə yoxladım, lazımsız td-ni silməklə dərhal çıxdı yuxarı. Ümumən css realizasiyanı daha səliqəli etmək lazımdır. Boş td filan qəti olmamalıdır. colspan rowspan kimi anlayışlar var əvəzində. Və yaxud da text-align, float kimi şeylər. table ilə grid yığmaq artıq keçmişdə qaldı

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web proqramlaşdırma iş

Saytda deşiklər nədən yaranır?

Facebook, Twitter html kod

Share button

HTML qeydiyyat yaratmaq

[HTML] form submit olmur