Sony MDR-NC31EM

Salam. Bir neçə ay bundan qabaq dostum from.ae vasitəsilə özünə Sony Z2 telefonu gətizdirdi. Telefon gələndə üsdündə original Sony MDR-NC31EM qulaqcığı yox başqa sadə bir qulaqcıq qoyulmuşdu. Sonra tanıdığım bir neçə nəfərdə sifariş vermişdi yenedə eyni nəticə. Dünəndə mən Ebay-da bir satıcıyla danışdım oda mənə dedi ki, telefonun üsdündə sizə noise reduction olan original Sony MDR-NC31EM qulaqcığı verilməyəcək. Qulaqcığın elə öz qiyməti 50 manatdır. Niyə belə edirlər mənə çox maraqlıdır? Yoxsa həmən qulaqcığlar götürülüb ayrıca baha qiymətə satılır?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Breathtaking (2014-12-30 11:09:26)
Bu vaxta qədər 3 Sony telefonu dəyişmişəm, hamısıda original qulaqcıqla olub. Ancaq məhz indi qeyd etdiyim qulaqcıq oncəkiliərdən tamam fərqlənir. Mən demədim sizdə olan qulaqcıq pisdi, sadəcə yazdım ondan məndə olub yoxlamışam MDR-NC31EM olan effekti verməyib. Yazdığınız qulaqcıq sözsüz Brenddi və yüksək keyfiyyətli qulaqcıqlar istehsal edir, ancaq mən boş yerə bunu Dr Dre beats-le muqayisə etmərəm, deməli nəsə bildiyim var ki, deyirəm. Gəlin mövzudan uzaqlaşmayaq əsas məsələ alınan malın üsdündən niyə bu nauşniklərin götürülməsidi.

E. Hacı (2014-12-30 10:45:46)
Dünyanın ən güclü qulaqcıq istehsalçısının(Seinheiser) məhsulu məndə var ona görə də müqayisə edərkən bilirəm nə danışıram :) Görünüşcə eynisi sizdə ola bilər, amma məhz Sony-nin öz istehsalının olması vacibdir. Məndə də bunun eynisi olub, amma orta səviyyədə, bəlli ki original deyilmiş

Breathtaking (2014-12-30 10:44:15)
Hə bundan məndədə olub yaxşı qulaqcığdı ama seravno inanın mən dediyimin yerini vermir. Əgər imkan olsa dediyimidə tapın hər hansı bir musiqiyə onda qulaq asın, akustika onda çox güclüdür. Bu nauşniklərdə musiqinin tempi dəyişiləndə elədə güclü hiss olunmur ama məhz MDR-NC31EM-də çox xırdalıqlar açıq-aydın hiss olunur. Sanki Dr Dre-de musiqiyə qulaq asırsan.

E. Hacı (2014-12-30 10:19:18)
Yox məndə bundan deyil, tam fərqlidir həm mikrofon hissəsi, həm də qulaqcıq hissəsi. Keyfiyyəti isə dediyim kimi çox yüksəkdir, indiyədək bir çox original qulaqcıqlar olub məndə , ona uyğun müqayisə edirəm.

Breathtaking (2014-12-30 10:13:38)
Sizdə bundan olub düzdü? Dostumdada bundan gəlib ama dünən myphone əməkdaşı ilə online danışdım mənə dedi narahat olmayın əgər sifariş verərkən məhz sizə bu qulaqcıqdan lazımdısa ondanda gətizdirərik. Sony MDR-NC31EM-un keyfiyyəti tamam başqadı, ikisinidə yoxlamışam. Böyük ehtimalla bu qulaqcıqların buraxılışı Sony-in özünə baha başa gəldiyinə görə ilkin partiyalardan sonra qulaqcıqları dəyişdirib.

E. Hacı (2014-12-30 09:36:11)
Maraqlıdır. Amazon və ebay ilə də müqayisə edin, görün orada necədir. Mən ilin əvvəli z1 compact almışdım Dubaydan, üstündə original Sony qulaqcığı gəlib, çox keyfiyyətlidir. Satışda olan istənilən ucuz və orta qiymətli qulaqcıqlardan xeyli fərqlənir. Mqayisə etdiklərimdən bircə bahalı Seinheiser ilə müqayisədə Seinheiser daha təmiz səsə malikdir, amma onda da noise reduction Sony-dən zəifdir, tərtəmiz səs fonunda arxada efir küyü olur, Sony isə o küyü təmizləyir.