Amazondan Camex ilə sifariş. Niyə belə baha?

4 gün əvvəl Amazondan fotoaparat üçün çanta və SD kart sifariş etmişəm. qiymət 37+10 dollar. Amazondan birbaşa göndəriş olmadığı üçün, Camex ilə almalı oldum. Deməli, mallar artıq Camexin Amerikadakı ünvanına çatıb. Və oradan Bakıya yollanacaq. Çəkisi 5.6 kq, göndəriş qiyməti 43 azn. malın özündən baha oldu şippinq ))) bunun daha ucuz başa gəlməsinin bir yola var görəsən? Və ya Camexə nece demək olar ki, daha kiçik qablaşdırma eləsin və s. Amazon malın infosunda qeyd edir ki: Product Dimensions: 13.4 x 8.8 x 17.7 inches ; 4.2 pounds Shipping Weight: 4.4 pounds (2 kq) Görəsən 5.6 kq olmasına səbəb nədir?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Atacante (2015-01-02 12:28:13)
canta sirf Amazonun istehsal etdiyi cantadir. duzu youtube'da da gordum ki, bu cantanin unboxing goruntulerinde iri bir karton qutuda yollayirlar. ceki etibari ile 5,6 kg olacagini hesab etmirdim amma. goresen Amazonda sellere demek mumkundurmu daha kicik baglama etsin? http://www.amazon.com/AmazonBasics-DSLR-Laptop-Backpack-interior/dp/B00CF5OGP8/ref=sr_1_3?ie=UTF8&qid=1420187175&sr=8-3&keywords=amazon+dslr+bag

E. Hacı (2015-01-01 23:45:48)
Usa2baku camexdən təxminən 60-70% bahadır bəli. amma keyfiyyət fərqi çoxdur. Bütün parametrlər üzrə. Qaldı sizin qutuya, anlamıram o boyda qutuda nə gərək var axı. Yarım metr eni var, 35 santime yaxın uzunu. Bir fotoaparat çantası niyə bu boyda olsun ki.

Atacante (2015-01-01 22:13:48)
təşəkkür cavabınız üçün. faydalı oldu. Usa2baku qiymtətləri necədir? çox qəribədir ki, Usa2baku saytında COST CALCULATOR ilə hesabladıqda daha baha qiymət verir. http://www.usa2everywhere.com/CostEstimatorAdvanced.aspx Quantity 1 Product Dimensions: 13.4 x 8.8 x 17.7 inches Shipping Weight: 4.4 pounds Transportation charges: $65.00 Package Management charges: $7.00 Delivery charges: $19.00 Total Estimated Charges: $USD 91.00

E. Hacı (2015-01-01 21:40:43)
Hər ikisi olar. Online ödəyənde orada işiniz azalır birbaşa anbara yaxınlaşıb malı alırsız. Odemyeende isə öncə kassaya yaxınlaşıb adınızı tapdirib borcu ödəyib çek almalısınız sonra anbara yaxınlaşmalisiz. Və bir də əsas məsləhət, mal Bakıya çatanda mail gələcək sizə, həmin gün getməyin, bir ya iki gün sonra gedin.ilk gün əməlli başlı basabas olur orda. Çox pis qurublar tehvil vermə prosesini, ona görə də belə basırıq alınır ilk gündə. Usa2baku var məsələn, onlarda bu ideal qurulub, nə vaxt getmədən asılı olmayaraq ən uzağı 2-3 dəqiqəyə yola salırlar müştərini. Camexdə isə mən son dəfə hətta ikinci gün getməyimə, online ödəmeyime rəğmən düz 45 dəqiqə vaxtım getdi.

Atacante (2015-01-01 21:12:25)
Ümid edirem ki, sehv salıblar. Camexə mail yazım görək nə cavab verirlər. Bir də öyrənmək istədiyim daha bir şey var. Camexdən ilk dəfədir istifadə edirəm. Profildə göstərir ki, ödəniş etməliyəm. Bunu online etmək lazımdır ki, malı yollasınlar yoxsa mal Bakıya çatdıqda ödəmək də olar? ss də göründüyü kimi http://s12.postimg.org/ajx4s1019/Untitled.jpg

E. Hacı (2015-01-01 20:53:56)
Təhvil alanda aydınlaşdırarsiz, hər halda amazon yazanla düz gəlmirse deməli nəsə anlaşılmazlıq var. Camexdə qiymətlər aşağıdır, dediyiniz tip iki şeyə görə qiymət ən uzağı 15-20 manat filan olmalıdır. Resizing özləri edirlər,ölçünü kiçiltmək üçün. Yəni problem o deyil, bəlkə də səhv salıblar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistr hazırlığı

ebaydan gelen sifariş

Check İn və Reservation

AZBAKA- nın əlaqə nömrəsi kimdə var?

Türkiyədən kitab sifarişi

Vəkil hardan tapım?