online.az üçün api

Salam. online.az üçün hansısa api var? Məsələn ns-ləri dəyişmək üçün?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Cabbarov Sübhan (2015-01-04 13:33:06)
Çox sağol Ayxan. Mənə lazım idi belə bir şey. Yəqin kimlərəsə də lazım olacaq bu. Təşəkkür

Ayxan (2015-01-04 00:04:38)
Salam Sübhan! Mən skripti yazdım, WAMP-da curl əlavəsini yandırdım və skripti yoxladım. Mənim online.az hesabımdakı domenin NS-ləri dəyişdim. Sadəcə problem ondadır ki, online.az saytına yalnız Azərbaycanda olan qurğu daxil ola bilər. Yəni ki, sən NS-ləri server vasitəsi ilə dəyişmək üçün Azərbaycanda olan serverdən istifadə etməlisən. Və ya öz serverinin yerini dəyişmədən sadə olan Azərbaycanda yerləşdirilmiş serverdə hosting ala bilərsən. Sənə hoster.az-ı məsləhət görərdim. İllik 14 AZN sadəcə. Amma dəqiq bilmirəm serverləri Azərbaycanda yerləşir ya yox. Zəng eliyib soruşmaq lazımdır. Əgər Azərbaycanda yerləşirsə onda onlardan hosting almalısan. Azərbaycandan kənarda online.az serverinə requestlər qəbul olunmur. O ki, qaldı yazdığım skriptə. Skriptdə sadəcə 3 dəyişəni dəyişməlisən. $username - sənin online.az hesabının istifadəçi adı $password - sənin online.az hesabının şifrəsi $domainid - sənin hesabında mövcud olan domenin ID nömrəsi Domenin id-sini bilmirsən necə əldə edəsən? Bu çox sadədir (Google Chrome versiyası): 1. Hesabına daxil ol 2. Domenlərinin siyahısına keç 3. Handı domenin İD nömrəsini əldə etmək istəyirsənsə onun sağ tərəfində yerləşən DNS server dəyişdirmək ikonkasının üstünə mausun oxunu gətir və mausun sağ düyməsini bas və "İnspect element" seçimini seç. [code][/code] bu yazının üstündə bu tipdə yazı olacaq. [code][/code] data-id="123456789" Gördüyümüz kimi 123456789 bizim dəyişmək istədiyimiz domenin İD-sidir. Sıra gəldi PHP koda: [code][/code]

Ayxan (2015-01-02 23:58:07)
Olur. CURLOPT_COOKIEFILE CURLOPT_COOKIEJAR Bunlar vasitesi ile olur. Amma online.az saytina diger olkelerden girish qadagan olunub. Yeni ki senin serverin Azerbaycandadirsa onda curl ile ede bilersen

E. Hacı (2015-01-02 13:09:40)
Auth da curl post ilə olar, öncə curl ilə post Auth, sonra curl ilə nəyisə dəyişmək sorğusu. Amma bu köntöy metod sayılır. Sabah nəsə dəyişsələr və ya ip blok qoysalar vəssalam işləməyəcək. Ona görə də api olması yaxşı olardı

Cabbarov Sübhan (2015-01-02 11:10:32)
Biyabırçılıqdı. Xaricdə qeydiyyatçılar üçün imkan yaradırlar ki hərə öz qeydiyyat sistemini yaratsız bizdə də yenə monopolyadı.

Cabbarov Sübhan (2015-01-02 11:09:21)
Ayxan elə olmur. Bu sistem bilirsən ki giriş tələb edən bir şeydi. CURL ilə nəsə göndərsəndə giriş etmədiyin üçün sorğu göndərilmir.

Ayxan (2015-01-02 04:33:34)
APİ olmasa da olar... Sən bunu PHP-də edə bilərsən. Curl vasitəsi ilə

E. Hacı (2015-01-02 01:31:22)
Salam. Yoxdur və çətin ki yaxın 10 ildə ola :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Domain den elave hosting lazimdi?

Telefon usb

Domaini Hostinq-ə birləşdrmə

Facebook vasitəsilə giriş və şərhlər.

AWS iş prinsipi

msn@domain.com problemi