Ebay Dispute

Salam. Mən Ebay saytından bir telefon sifariş vermişdim telefonın vəziyyəti guya Perfect condition idi. Ancaq telefon mənə gəlib çatandan sonra satıcının dediklərinin ağ yalan olduğu üzə çıxdı. Beləki, ekranın üzərində cızıqlar var və hətta telefonun aşağısında bir boltu yoxdur. Mən Ebayda dispute açdım və satıcıdan 30 dollar pul tələb etdim ancaq dispute-in açılmasından artıq 5 gün keçməyinə baxmayaraq satıcı heç bir cavab yazmayıb. Mənə sadəcə bir şey maraqlıdır, əgər satıcı ümumiyyətlə cavab yazmasa Ebay məsələni kimin xeyrinə həll edəcək?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Breathtaking (2015-01-05 20:29:43)
Bu yaxşı xəbər oldu çünki həqiqətən cəzalanası satıcıdı.

E. Hacı (2015-01-05 12:05:11)
Ümumiyyətlə cavab yazmasa sizin xeyrinizə.

E. Hacı (2015-01-04 20:04:35)
Əsas səhifədə widget formada çıxarmaq fikrimiz var bir iki günə bu bolmeni.

Breathtaking (2015-01-04 19:36:16)
Aydındır. Ama İKT-ə aid olmayan və ana səhifədə hal-hazırda görsənən suallar kifayət qədərdir. Belə olan halda bu suala kiminsə nə vaxtsa cavab verəcəyini gözləmək Ermənilərin bizə Qarabağı nəvaxtsa qaytaracağını gözləmək kimi birşeydi.

E. Hacı (2015-01-03 23:25:11)
İKT olmayan suallar QEYRİ İKT SUALLAR bölməsinə düşür. http://cavablar.net/key/other

Breathtaking (2015-01-03 21:16:12)
Admindən bir şey soruşum, Mənim sualım niyə əsas səhifədə görsənmir ancaq "Mənim suallarım" bölməsinə vuranda çıxır? (Sual təzə verilib)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

9 illik texnikum

Tracking number yoxdur

Webmoneyə pul köçürmək

Tibb Kolleci Yoxsa Texnikom

1.2.3.4-cü qruplara daxil olan ixtisaslar

Newegg saytindan mal almaq