Laravel qovluq strukturu

Deməli nəsə marağıma düşüm laravel ilə işləmək istəyirəm. Larveli yükləmişəm hər şey hazırdı . Kodlar da normal qaydasında işləyir. Ancaq belə bir şey var da larvel özü 18mb həcmindədi indi mən hər sayt yaradanda laravel-in bütün qovluqların yeni saytın qovluquna köçürməliyəm? Ancaq mən isəyirəm ki laravel özü hardasa root qovluqda olsun və bütün saytlar o root qovluqdan faylları çağırsın. Bununda hardasa həllini tapmışam ama app qovluğunu hər sayt üçün ayrı edə bilmirəm. Yəni əsas saytın qovluğundan root qovluqda olan laraveli include edəndə elə root qovluqda olan app qovluğu ilə işləyir. Mənsə istəyirəm saytın qovluğunda olan app qovluğu ilə işləsin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2015-01-04 21:02:42)
Axi laravel server proqramı deyil, skriptdir və virtual hostun daxilində işləməlidir normal php fayllar kimi. Siz deyən formanı yəqin ki reallaşdırmaq olar e əyri metodlarla, amma praktik olduğunu sanmıram. Serverə harasa yerləşdirib 777permisson verib include etmək olar yəqin ki. O halda da digər conflictler olma ehtimalı yaranır amma

Cabbarov Sübhan (2015-01-04 20:13:21)
Olmaz ki serverdə bir dənə larvel kitabxanası olsun və bütün o serverdə olsan saytlar o kitabxananı php-nin öz kitabxanası kimi istifadə edə bilsin?

E. Hacı (2015-01-04 19:59:43)
Just Google it

Əli (2015-01-04 19:59:00)
Yersiz suala görə bağışlayın amma laravel nədir?

E. Hacı (2015-01-04 17:51:29)
1. Problem nədədir ki hər sayt üçün ayrıca laravel olanda? Onsuz da production-da ayrı olacaq da hər halda. 2. İstəyi də tam başa düşə bilmədim. Başa düşdüyüm o oldu ki Laraveli kitabxana kimi istifadə etmək istəyirsiz? Oysa sayt laraveldən istifadə edərək qurulmalı deyil, laravelin özündə qurulnalıdır, onun MVC məntiqinə tabe olaraq. Ona görə də məsləhətdir ki, necə var elə də qalsın struktur. Təbii ki parçalamaq, bir neçə saytın bir yerdən qovluq çağırması filan mümkündür, Codeigniterdə də mümkün idi belə, bunda da yəqin ki olar, amma özüm etməmişəm deyə dəqiq detallı deyə bilmərəm ardıcıllığı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Flash kartda qovluqlar pozulub

WordPress olmayan saytın contentini wordpress-ə köçürmək

Kompüterdə qovluq yaratmaq olmur

Qovluğa girmək olmur.

Komputerdə qovluq

Komputerdəki şəkillər və şəkillər olan papkalara girmir.