gamebookers qanunidir?

salam.mən bilmək istiyirəmki gamebookersde oyunlara pul qoymaq Azərbaycanda qanunidi yoxsa qanundan kənar bir şeydir? qanunsuzdursa bunun cərimesi var?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Breathtaking (2015-01-05 20:53:07)
Cəriməsi zadı yoxdur sadəcə bu iş bizdə manapoliyadı, kənara pullar axıdılmasın deyə Topaz açıblar. Ümumiyyətlə belə saytlardan uzaq durub konkret bir işin qulpundan yapışmağı məsləhət görərdim hər bir gəncə. Belə kantorları açanlar elə-belə insanlar deyil, inanın əgər 10 qazancınız olacaqsa 20 itirəcəyiniz olacaq. Yadıma gəlir hardasa 4-5 il bundan qabaq dostlarla yığılıb stavkada zəncir pozisiyasını tətbiq etmək isdəyirdik. Yəni tutaq ki, 5 nəfəriksə hamı 10 manat qoyur və nəticədə 50 manat yığılır. Sonra analiz edilir və 3 ən çox güvənli olan oyuna o pul atılır, yenə əgər udursansa qazandığın pul növbəti həftə ən çox inandığın oyuna atılır və beləliklə zəncir əmələ gəlir. Əgər zəncir ən azı 10 gün (həftə) gedirsə ortaya hardasa 5000 pul əmələ gəlir. Elə onda biz gördük ki, bunlar boş şeylərdi oyunlar konkret satılır, futbolda bazar iqtisadiyyatına keçib. Platini futbolu konkret qumara çevirib. Gamebookersdə kafsentləri tez-tez dəyişib başımızı aldadırdı, guya birdən birə düşən kafsentin gəlmə faizi 90 faiz idi. Ondan sonra birdə yaxın durmadım stavka məsələsinə.

lemark (2015-01-05 17:58:37)
tam olaraq ne qanunidir, ne de qanunsuz. Azerbaycanda xarici kontorlara blok qoymaq serf etmir. bu ishde maraq olduguna gore. amma bezi kontorlar var ki meselen gamebookers, betfair kimilerinin nufuzu ashagi dushub. boyuk meblegde udushlarin tam verilmemesi, cemde elece de livebet-de butun liqa oyunlarinin daxil edilmemesi ve s. gamebookersin Azerbaycanda meshhur olmaginin sebebi iller evvel qeyri qanuni mercxanalarda gamebookers emsallarindan istifade etmesidir. o illerden bu yana tanina tanina gelib. meslehetdir ki william hill, bet365, bwin kimi kontorlarda hesab acasiz.

E. Hacı (2015-01-05 17:28:43)
Bu sahədə Azərbaycanda yeganə qanuni lisenziya sahibi Topazdır, digərlərdə iştirak qanunsuzdur. Amma cərimə nədir məncə o tənzimlənməyib hələ. Tənzimlənsə Türkiyədəki kimi olar, yəni bütün xarici bet saytları blok edilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gamebookersdən pul cıxartmaq