İngilis dili kursu

Salam.Movzuyla çox elaqesi olmasada bir sual vermək istiyirem.3-4 aya mənə danisgi oyredecek ingilis dili kursu axtariram, mənim bildiyim Celt Colleges kursu var ora getmek istiyirem sizce necə kursdu?Yada başqa yaxşı kurs bilən varsa yazsin

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Twilight.bella (2015-01-10 10:43:27)
Salam.qrammatikani derk etmeseniz esla duzgun cumle qura bilesi deyilsiniz.en azinnan butun zamanlari bilmeseniz butun qaydalari bilmeseniz de lazim olanlari bilmelisiniz.eger qrammatika yaxsidisa facebook da skype vasiyesile ingilis dili danisiq oyreden sehifeler var.onlara qosulun ve nitqinizi mukemmelsdirin

O.Umid (2015-01-09 23:20:55)
Siz istirak etmisiz Work and Travel proqraminda?

O.Umid (2015-01-09 22:51:42)
Cox sagol calisacam eliyim))

Əli (2015-01-09 22:40:48)
Hə Ümid,eynən 1-2 il əwəl məndə də tam eyni vəziyyət idi..Çalış tez-tez yutubda altyazılı filmləri tapıb baxasan.Beləliklə, ingilis dilini eşidərək başa düşməyə başlayacaqsan.

O.Umid (2015-01-09 22:19:10)
Onu hemise mende fikilesmisem amma altyazi olmada ingilisce filme baxda demek olar hec ne anlamiram, yalniz altyaziyla biraz anlaya bilirem ondada filme basa duse bilmirem.Men fikirlesirem kursa basladigdan sonra filmlere agirliq verim

Əli (2015-01-09 21:49:04)
Məncə yaxşı baza varsa, ingilis dili öyrənməyin ən yaxşı yolu ingiliscə musiqilərə qulaq asmaqda, ingiliscə filmlərə çox baxmaqda, xarici saytlara tez-tez girməkədədir.Bir-iki il əwəl ingilis dilində nə qədər söz ehtiyatım olsa da, qrammatikanı nə qədər bilsəm də ingiliscə nəyəsə baxanda heç nə başa düşmürdüm..İngiliscə musiqilərə çoxlu qulaq asmaqla bu problemi yavaş-yavaş aradan qalıdırmaq olar.Başa düşmək çətin olduqda isə, həmin musiqinin adını və "song lyrics" yazıb yutubda baxmaqla başa düşmək bacarığını bir az da artırmaq olar.

Breathtaking (2015-01-09 21:09:06)
Əvvəlcə pisdə olsa bir söz demək isdəyirəm bu Hacker Elvin-in yazdıqlarını hər kəs niyə minus edib bəyənmir anlamıram. İnsanın 15 yaşı var və sadəcə kömək etməyə çalışır. Dediyi səhvdimi? Mən özüm 6 aya bitirmişəm bütün səviyyələri hal-hazırda bizim məktəblərdə dərs keçən English dili müəllimlərinə dərsdə deyə bilərəm. (Yəqin indi düşündüz ya dostumdu yada ki, qohumum əşi nəysə fərqi yoxdu mənim üçün onsuzda ) Keçək sizin sualınıza, Umud məsləhətim sizə belə olardı ki, Yayda Work and Travel müraciyət edib Amerikaya 3 aylıq işləməyə gedəsiz. Düzdü 2500 pulunuz çıxsada gedib orda 5000 qazanacaqsız, yəni pulunuzu artıqlamasilə çıxardacaqsız. Ona kimi isə kursa zada getməyi məsləhət görmürəm, beləki gün ərzində 10 söz öyrənib o sözləri cümlələrdə işlədib səsinizi diktafona yazın və hər dəfə cümlələri düzəltməyə və fərqli şəkildə verməyə çalışın. Bununla yanaşı hər həftə heç olmasa 3-4 dəfə english dili conversationlarına gedin və çalışın orda danışasız susub oturmayın. Nəzərə alın ki, dil ünsuyyət vasitəsidir danışmadıqca dəmir kimi pas atır. Əgər USA-də özünüzə dostlar tapıb ünsüyyət qursaz qayıdanda səviyyəniz upper-intermediate olacaq. Bax ondan sonra ciddi bir kursa gedib English dilinizi lap mükəmməl edə biləcəksiz. Birdə yaxşı olardı ki, hər gün Nytimes,BBC,CCN kimi informasiya saytlarına daxil olub məqalələr oxuyasız. Bu başdan kursa getsəz onlar sizə İsimdən başlayıb Gerund-a gedib çıxana kimi 1 ilinizi alacaqlar, inanın ortada heç bir nəticədə olmayacaq. Qramatikanın tələffüzə heç bir dəxlisi yoxdu, heç bir müəllim fonetikadan heç vaxt başlamır, bilirki tələffüz tədricən düzələn şeydi.

O.Umid (2015-01-09 20:18:26)
He ona gorede kursa getmek istiyirem.Sizin bildiyin etibarli bir kurs var?

Namazov Ismayil (2015-01-09 20:01:41)
bazanız ola bilər lüğət asan işdi. Tes səviyəsinə bilmək danışmağa bəs etmir. Gərək Qramatikanı super biləsiz ki tələfhüz edəndə daha aydın olsun.

O.Umid (2015-01-09 19:58:46)
Soz bazam var, qrammatika TQDK nin seviyyesinde bilirem, ozumunde hevesim var.Sadece orda ne tapsiriglar verirler onu bolmek istiyirem, inistutda var mende 1ci kursam oraninda dersleri olacag hele.Alinsa fevraldan baslamag istiyirem

Namazov Ismayil (2015-01-09 19:31:41)
Əgər sıfırdan başlayırsızsa 3-4 aylıq olan iş deyil. 3-4 aylıq olsaydı hər kəs gedib dil öyrənərdi. İnsanın özündən asılıda deyilki oturub bütün günü oxuyasan və 6 aya bütün səviyyələri bitirəsən. Kursdada bir proqram var o proqramdan kənara çıxmaq olmazki. 4-6 aya 1 səviyə irəliyə bilərsiz. Bunun qramatikası var lüğəti var. Yəni 2-3 aylıq iş deyil. mükəmməl danışmaq üçün isə müəyyən vaxt lazımdır.

O.Umid (2015-01-09 19:03:42)
cox sagol cavaba gore.Ingilis dilinde rahat basa dusurem ,anliyiram soz ehtiyatimda var amma danisigi bilmirem yaxsi oyredirlerse rahat goturecem.Bes ders proqrami necedi, cetinliyi?

_HACKER_ Elvin (2015-01-09 18:55:33)
Məndə Celt kursunda oxuyuram...Super kursdu...Doğrusunu desəm hər şey insanın özündən aslıdır...Əgər marağın varsa,zehnin güclüdürsə,kursda verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirəcəksənsə 6 aya bütün səviyyələri bitirəcəksən (Beginner , Elementary , Pre-İntermediate , İntermediate , Upper-İntermediate , Advanced).Mən hal-hazırda Elementary səviyyəsi üzrə İçərişəhər ərazisində(Axundov bağının yanı) oxuyuram...Məsləhətdir!