Microsoftun Elektron poçtu

Salam. Sadəcə, bilmək istəyirəm ki microsoftun maili hansıdır ? Outllok, live ? yoxsa hər ikisi. Əgər elədirsə bu mail.ru-nun @mail.ru @bk.ru na bənzəyir ? yəni eynilə belədir ? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Jezz (2015-01-11 15:06:06)
Bəs qeydiyyatdan keçdikdə Use your fovaurite e-mail adress yazılıb yada bunun kimi bir şey. Mən oz Gmail hesabımı yazdım ve qeydiyyatdan keçdim. İndi bununlar hər şeydən istifadə edə bilərəm ? Bu necə bir şeydir ki, Google mail işlədirəm və OneDrive-dan istifadə edə bilirəm ?

Software Developer (2015-01-11 14:57:38)
Yox. Hamsı bunlar: @hotmail, @live, @msn, @passport, @outlook

Jezz (2015-01-11 14:50:30)
Minnətdaram! sadəcə bu üçüdür ?

Software Developer (2015-01-11 14:47:37)
Bəli eynilə elədir: Hotmail, Live, Outlook hər üçün Microsofta aiddir. Səbəb isə bir brenddə qərar tuta bilməmələri olub. Əvvəlcə hotmaili aldılar və populyarlaşdı, sonra birləşdirmək istədilər vahid Microsoft accountu altında, həmin vaxt MSN messenger də məşhur idi, ona görə birləşdirdilər hamsını Live adı altında, sonra live-dən də bir şey çıxmadı, MSN batdı, hotmail qaldı ortada, məcburən outlook adında yeni brend işə saldılar(Outlook onların kompüterdə mail klientinin adı idi deyə).

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mail.ruda mail block etmək

Ağ evdən gələn email

mail.ru-da özümə video açılmır

120mb faylı hansı maillə göndərə bilərəm?

yandex pdd və opencart

Yahoo mailimin bağlanması təhlükəsi var?