Proqramist vs usta

Salam aleykum.Mən 2 senet secimi arasinda qalmisam,telefon ustasi və proqramist.Sizce hansı meslehetlidi?hansini is sahesinin geleceyi parlaqdi?(telefon ustasi fikrim var ama fikirlesirem telde ən çox olan problemlerin helli get gede duzelir,ekran sert suseden hazirlanir,suya davamliliq və.s)buna göre hele dəqiq secim edə bilmirəm... Sizce hansı meslehetli,geleceyi parlaq senetdi?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2015-01-11 17:28:36)
O halda müqayisə düzgün deyil, telefon ustası hara, proqramçı hara. Saç ustası və tutalım auditor müqayisəsi kimi şeydir, yəni bir birinə oxşamayan sahələrdir. Dediyiniz C# filan isə proqram yox dildir, proqramı öyrənmək asan şeydir, dili öyrənmək isə bir qədər çətin şeydir, amma yenə də çətin deyil. Çətin il olan proqramlaşdırmağı bacarmaqdır, alqoritmik təfəkkür, riyazi məntiqdir. Yəni kursa gedim nəyisə öyrənim proqramçı olum deyə bir şey yoxdur. Bu sahəni yaxşı mənimsəmək üçün illər lazımdır. İlkin tələb olan şeylər riyaziyyatı yaxşı bilmək+həvəs+dayanmadan çalışmaqdır hansısa proqramlaşdırma dilini sıfırdan öyrənmək üçün. Sonra tələb olan şeylər isə real proyektlərlə işləmək və.s.-dir. Bir sözlə başlamaq istəəz sadəcə başlayın davamını görəcəksiz. Amma sadəcə öncədən bilin ki uzun yoldur

HardNick (2015-01-11 15:19:42)
Proqramist sirketlerde islemek ucun nezerde tuturam,C# ve.s kimi proqramlar.Umumiyyetce bu proqramlari ofis,sirket isleri ucun istifade olunan proqramlari ne qeder vaxta öyrenmek mumkundu?qeyd edim ki,hevesim var ve gundelik six rejimle hazirlasaram

Software Developer (2015-01-11 14:42:59)
Proqramist nəyə deyirsiz siz? Telefonlara proqram yazan adam? O proqramist deyil elə telefon ustalığının bir növüdür. Proqramçılıq isə tamamilə başqa sənət növüdür və illər lazımdır real proqramçı olmaq üçün. Siz deyən iki sahə isə yaxşı olar ki elə ikisini də mənimsəyəsiniz. Daim çörəyi olan işlərdir də, əgər təbii ki yaxşı mənimsəsəz, əlləriniz səliqəli işləsə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

software devoloper / 3D Home Design

computer engineer və computer science

proqramist və ya developer olsam hansı ölkədə daha yaxşı işləyərəm?

Proqramistin ixtsasi hansidir?

İT haqqinda məsləhət

Proqramist olmaq üçün hansı ixtisası seçim?