Hosting fərqləri

Salam web hosting, reseller hosting, vps hostingin fərqləri nədir? Birdə tutaqki server aldıq 1 illik 3000 verdik hostinq alan olmasa batırıq bunun başqa bir yolu yoxdur?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Azerbaycan (2015-01-12 16:18:26)
Təşəkkürlər ətraflı məlumata görə

Software Developer (2015-01-12 16:08:46)
Web hosting - digər adı ilə shared hosting. Bir və ya bir neçə sayt yaratmaq üçün təqdim edilən platformadır. Server daxilində proqram təminatı tərəfindən virtual olaraq yaradılır. Bir serverdı yüzlərlə hosting yaradıb satırlar. Reseller hosting - Çox saylı saytlar yaradıb başqasına satmaq üçün təqdim eidlən platformadır. O da server daxilində proqram təminatı tərəfindən virtual olaraq yaradılır. Bir serverdı çoxlu reseller yaradıb satırlar. VPS server - Bir az dərin həlldir, server daxilində proqram ilə yaradılan platforma olsa da, yuxarıdakılardan fərqli olaraq burada hosting yox, bütöv əməliyyat sistemi alıcıya verilir. Alıcı da o əməliyyat sisteminin içində nə istəsə yaradır. Dedicated server - Tam həlldir, fiziki olaraq bir aparat alıcıya icarəyə verilir. Yəni bir server alıcının ixtiyarında olur. İçində nə istəsə özü yaradır, özü silir. 1 illik ödəmirsiz, aylıq ödəniş ilə almaq olur əksər saytlarda. Alırsız başlayırsız satmağa reseller kimi. Sərf edir davam edirsiz, etmir kəsirsiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WP saytın hostda tutduğu sahə ilə ilgili

Serverde yeni domain

Digitalocean və AZ domeni

Bir hostinqdə iki domen necə yerləşdirmık olar?

Pulsuz Hosting

domenim com hostingi necədir ? Sərf edir?