plastik kart haqqında

Salam hər kəsə bir neçə sualım var bu yaxınlarda təqaüd kartımın 4 rəqəmli şifrəsini itirmişəm deyilənə görə yeni kart sifariş verməliyəm sualım odur ki kartı dəyişsəm hesabımda olan məbləği itirəcəm yoxsa məbləğ hesabda qalır? və kartı dəyişən zaman universitetlə əlaqə qurmalıyam yoxsa yox ?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2015-01-14 15:47:09)
Hesab hər bir halda qalır və heç cür itmir. Kart sadəcə ondan istifadə etmək üçün körpüdür, körpüyə nəsə olursa, körpüdən sonrakı hissəyə təsir etmir. Yəqin ki birbaşa əlaqədar banka yaxınlaşa bilərsiz universitetə demədən. Yenə də universitetlə dəqiqləşdirin