Virtual Private server

Salam dedicated serverdə neynəmək olursa, private serverdə də eləmək olur? Yəni satış üçün istifadə etmək olarda private serverdən

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2015-01-17 13:14:45)
hmm bəs reseller elə o deməkdir də. re- təkrar , seller - satıcı. Sadəcə bu durumda bütün texniki işləri hosting şirkəti görür, sizə yalnız satmaq və məlumat xidməti göstərmək qalır. Ki müştəri əsl satanı tanımasın, sizinlə işləsin

Azerbaycan (2015-01-17 13:12:19)
Reslleri alıb hosting kimi satmaq olar?

Software Developer (2015-01-17 12:58:18)
Prinsipcə olar. Dedicated-in fiziki ayrı cihaz olmasından başqa digər fərqi daha dayanıqlı, daha möhkəm olmasıdır. VPS isə idarəetmə və imkan baxımından Dedicated verən şeyləri versə də, keyfiyyət onun kimi ola bilməz, çünki istər istəməz digər şəxsələrə məxsus VPSlərlə eyni serverdə məskunlaşır. Satmaq təbii ki olar, amma əgər server(Linux-Unix) administratorluğu, təhlükəsizlik, server servislərini optimizasiya , Apache, mysql, php, Fastcgi və ya Nginx və.s. konfiqurasiya və.s. şeyləri yaxşı bilirsinizsə. Bunlarsız çətin məsələdir nəsə qurmaq, satmaq. Bu tip bilikləri peşəkar səviyyədə olmayanlar satış üçün hazır reseller paketi alsalar daha məsləhətli olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hostinglər haqqında məlumat

Dedicated alsam, Vps Sata Bilərəm?

Hosting & VPS/VDS

Ən yaxşı dedicated server?

Ucuzvari VPS və nəticələri

Evdə Web Server qurmaq ?