Facebook-da Dil-özəl adı dəyişmək və cavablar.net-də “Mənim seçdiyim suallar” bölümü haqqında

Salam, facebook-da tənzimləmələrdə "Başlıca Hesab Quraşdırmaları" bölümündə ad və soyad dəyişmək üçün olan hissədə aşağıdakı şəkildəki kimi facebook-da istifadə edilən ad və soyadı başqa ölkələrdədəki istifadəçilərin öz dillərində görməsi üçün "Dil-özəl ad" olan hissədə dəyişmək olur, burda göstərdiyim şəkil öz profilimin tənzimləməsinə aiddir və orda şəkildə də göründüyü kimi "Language: Русский" yazılıb.Sualım budur ki mən o dil seçimini necə dəyişim orda ingilis dilinə və yaxud başqa dilə necə çevirmək olur? http://minus.com/i/Z9WT9luMh6cF Digər sualım facebook-da bəzi istifadəçilərdə görürəm profillərini yalnız adları ilə istifadə edirlər, soyadları yoxdur, bunu tənzimləmələrdə hardan dəyişdirirlər? Sonuncu sualım cavablar.net-də saytda hər kəsin istifadəçi adının aşağısında olan bölümlərdən biri "Mənim seçdiyim suallar" bölümüdür və mənim "Yadda saxla" düyməsinə klik etiyim sualların sayı 15-dən çoxdur amma "Mənim seçdiyim suallar" bölümündə yalnız 15 sual var əvvəl yadda saxladığım suallar yoxdur, bu hamıda belədir? Zəhmət olmasa suallarımın cavablarını bilənlər cavablandırsın.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Galaxy (2015-01-22 23:21:30)
E. Hacı, yoxladım və artıq indi əvvəlki kimi deyil, bütün suallar var, təşəkkürlər.

E. Hacı (2015-01-21 22:21:10)
Bir də yoxlayın

Galaxy (2015-01-21 03:03:43)
E. Hacı, mən baxdım saytdakı dediyim bölümə amma yenə həminki kimidir, 15-dən artıq sual yoxdur. Digər iki sualımın cavabını bilənlər cavab yazardınız zəhmət olmasa.

E. Hacı (2015-01-20 20:55:04)
Sonuncu məsələni həll etdik, yoxlayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook-da şəkillərə avtomatik loqo vuran proqram

Remove Facebook

Facebook-da şəkil blokunu açmaq

Facebook privacy sualı

Facebookda bağlanmış Add-i necə aça bilərəm

Facebook Like,Comment,Share Problem