çoxölçülü verilən strukturu

yoldaşlar, salam. proqramlaşdırmada adətən ya birölçülü/xətti (ardıcıllıq, cədvəl vəs.), ya da ikiölçülü/n ədəd xətti (matris, ikiölçülü cədvəl) verilən tiplərindən istifadə eləyirik. baxmayaraq ki, ikinci birinciylə təyin oluna bilər, lakin riyazi olaraq hər ikisi bircinslidi. yəni sinfin atomu (bölünməyən/qalan hər şeyinsə onardan törədilməsi mümkün olan) rolunu oynayırlar. birinci tipdə elementlərin eyni anda ən çox bir xassəsi olur - sıra (x oxu) . ikincidəysə iki xassə - sətir və sütun (x və y oxları). daha çox ölçülü verilənlər varmı, yaxud mümkündümü? yəni, üçölçülü koordinat sisteminə uyğun verilən tipi var? mümkündüsə hanslı şərtlər daxilində? yox əgər, mümkün deyilsə hansı şərtlərə əsasən mümkün deyil?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

marmeladze (2015-01-23 23:26:33)
ahmed bəy, bəli multidimensional array yaratmaq mümkündü. lakin sizin yaratdığınız şeyin mənim nəzərdə tutduğumla eyni şey olmadığını düşünürəm. hər ehtimala qarşı yazdığınız kodları test eləyib (mən onlarla necə davranacağımı bilmirəm) bura yaza bilərsinizmi? düz xəttin üstündəki tənliyin həlli x = c-di. bu x xətti üzərindəki müəyyən bir c nöqtəsidi. bu 1x1 ölçülü "matris"di ([1][x] = [c] v' yeganədi. eyni şərtləri ödəyən digər c ədədi və ona müvafiq nöqtə yoxdu). ikiölçülü fəzada verilən ikiməchullu tənliyin sonsuz həlli var. ax+by = c şərtini ödəyən 1x2 ölçülü sonsuz sayda [x || y] matrisi var. eyni fəzada verilən iki və ya daha çox düz xəttin tənliyi iki tənliyə sadələşdirilə bilər (ax+by = c, dx+ey = f) və bu tənlyin həlli olan [x||y] matrisi, həmin iki xəttin kəsişmə nöqtəsindəki müvafiq absissa və ordinat qiymətləridi. üçölçülü fəzada verilən bir, yaxud iki xətti tənliyin sonsuz sayda həlli var (ax+by+cz = d, mx+ny+kz =s) [x||y||z] sonsuz sayda qiymət ala bilər. üçölçülü fəzada verilən ən az 3 məchullu xətti tənliyin də yeganə həlli var. bu tənliklərə müvafiq gələn (əlbəttə ki, parallel olmayan) müstəvilər bir nöqtədə kəsişirlər və [x||y||z] matrisi həmin nöqtənin üçölçülü fəzadakı yerini göstərir. burda matris 3x1 ölçülüdü - ancaq xassə olaraq ikiölçülüdü; sətir x sütun (A(ixj)). burda ölçülərin təhrifinə yol verilir. yəni hər nə qədər üçölçülü fəzadakı həlli göstərsə də, özü üçölçülü deyil. mənim istədiyimsə üçölçülü fəzada nöqtənin yerini göstərən üçölçülü "matris++"-dur. və əlbəttə ki, n-ölçülü fəzada n məchullu n ədəd xətti tənliyin həllər matrisi üçün unikal bir göstəriş. məsələn siz, yuxarıdakı yazdığınız notasiyalarla (məs: y[n][n][n] || 5x+4y+3z = 12 / 3x+7y+2z =13 // 9x + 2y + 8z = 16 ) tənliklərinin necə həll olunacağı barədə bir fikir söyləyə bilərsiz?

ahmed (2015-01-23 12:04:25)
Düzü mən elə fikirləşirdim ki massivin ən böyük ölçüsü 2 -dir, amma əslində istənilən ölçülü massiv elan eləmək olar. C-də sadəcə [] mötərəzələri əlavə etmək lazımdır. Aşağıda C dilində 2, 3 və 5 ölçülü masivlər elan olunur. Ancaq kodda test eləməmişəm. [code] #define n 10 int x[n][n], y[n][n][n], z [n][n][n][n][n]; [/code]

marmeladze (2015-01-23 00:05:32)
bu, sizcə, xətti forma deyil? :)

ahmed (2015-01-22 16:24:34)
[code] /* C */ #define OLCU 10000 srtuct noqte { int x; int y; int z; } feza[OLCU]; [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

MATRİS EXCEL DƏ HƏLL EDİN