wifi qoşmaq

Salam.bu gün bir iş yoldaşım deyir ki artıq poçtda ev telefonu olmayanlara da mobil telefonla wifi çəkmək olur.bizdədə evdə elədi ki, konkret nəsə olmasa boş şey üçün kimsə poçta getmeyecək.belə bir şeyin mümkün olub olmadığını bilən varsa izah eder mənə? Təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2015-01-23 01:52:17)
İnternet xidməti verən operatorlar (ADSL) ancaq ev telefonları üzərindən verə bilirlər. Mobil telefon üzərindən olansa, mobil operatorun (Azercell, Bakcell, Azerfon) internetini yaymaqdır. Ayrıca əvvəllər ancaq internet xidməti verən mobil operatorlar da var idi. Bunların hamısında mobil nömrə verilir, ondan sonra onu ya wifi yayan mobil modemə, ya usb stick modeminə və ya telefondan hotspot ilə yayırsınız. Yani, belə bir xidmət yoxdur, bu sadəcə mobil interneti işlətməkdir və normal internetdən dəfələrlə baha başa gəlir (traffik, yani limit çox az olur, ödəyəcəyiniz məbləğ isə çox olur).

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blackberry-də wifi internet?

kompüterə wifi qoşmaq

Wifi kod qoya bilmirəm.

Wifi router

WİFİ service menyuda yoxdur

wifi siqnalını artırmaq