Evə internet xətti çəkmək

Salam mən Yasamalda inşaatçılar tərəfdə yaşayıram. Evə internet xətti çəkmək istəyirəm amma ilk öncə nə etməli olduğumu bilmirəm. Buna görədə bəzi suallarım olacaq 1. Yaşadığım əraziyə görə hansı provayder məsləhətdi həm qiymətinə həmdə sürətinə görə 2. Evimizdə telefon xətti yoxdu. Telefon xətti çəkdirməliyəmmi? 3. Bütün bunlar neçəyə başa gələr mənə

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Zahir Xelilov (2015-01-24 04:38:40)
Salam çox sağ olun cavabınıza görə artıq dünən citynete zəng etdim gəldilər ölçdülər hər şeyi. Artıq birinci günü her şey hazır olacaq. Demək modem qiyməti 29 manat, birinci ayın ödənişi 14 manat+ ikinci ayın ödənişi hədiyyə. İnşallah görək nə olur :)

Mehman Elxanoglu (2015-01-23 10:29:15)
Böyük ehtimalla blok var ki, reklam bukleti asılıb, bunu dəqiq bilmək üçün 537-7777 nömrəsinə zəng edib, dəqiqləşdirin. Onu deyim ki, fiber-optik internet ATSin təklif etdiyi ADSL texnologiyasından azı 2 dəfə sürətlidir. Rəsmi səhifədə deyilir: "Sizə elə gəlir ki telefon xətti yüksək sürətli otürmə üçün ideal variantdır, amma bu belə deyil. Hava şəraiti, qarın əriməsi, yağışlar, güclü külək ADSL texnologiyasının işləməsində çox böyük problemlər yaradır. Bu problemlər telefon xəttlərinin istifadə ömrünü azaldır və internetdə tez - tez kəsilmələr yaradır. Xəttin parametrlərinin aşağı düşməsi nəticəsində internet sürəti abonentə itkilərlə çatır. «CityNet» şirkəti internet xidmətini abonentlərə yeni qurulmuş şəbəkə vasitəsiylə təqdim edir. Magistral xəttlərin çəkilməsində yüksək sürət tutumlu fiber - optik kabellərdən istifadə olunub. Abonentə isə sürət 1 Gbit/san qədər dəstəkləyən xətt çəkilir. Sadəcə ADSL texnologiyası ilə 100 Mbit/san və daha çox tutumlu abunəçi xəttini müqayisə edin. Bəs ADSL nədir? Provayderlər maksimal 24 Meqabitə qədər sürət vəd etsələr də hansı tarifdə bu mümkündür? Ən çox 3 Mbit və daha az tariflərdən istifadə olunur; - 24 Meqabit – ADSL texnologiyasının maksimal sürətidir. Bakı ərazisində 5 mbit sürəti qəbul edə bilən telefon xəttləri çox nadir hallarda rast gəlinir. Əksər xəttlər keçən əsrin ortalarında çəkilmişdir; - Unutmayın ADSL assimetrik texnologiyadır, yəni göndərmə sürəti qəbul etmə sürətindən dəfələrlə aşağıdır. Bu isə yüksək tutumlu məlumatların göndərilməsində çox böyük əhəmiyyət kəsb edir; - Sizin binanızda sizdən başqa ADSL dən istifadə edən qonşularınız varsa, xəttlərdəki problemlər özünü əhəmiyyətli dərəcədə göstərəcəkdir. ADSL texnologiyası yaradılanda bu qədər məşhurlaşacağı nəzərdə tutulmamışdı; - Ev şəbəkəsinin inkişafı simmetrik olaraq yüksək sürət qəbul etməni və göndərməni təmin edir. Bu da nəinki internetdən istifadəni həm də müxtəlif şəxsi serverlərin yaradılması imkanını da reallaşdırır." Qaldı ki, qiymətlərə... CityNetə qoşulma üçün 50 metr (Ethernet) kabel daxildir. Kabelin uzunluğu 50 metrdən artıq olarsa əlavə olaraq 5 manat ödənilməlidir (yalnız ev istifadəçilərinə aid edilir). Üstəgəl 5 AZN qoşulma haqqı, 20-30 AZN də modem olsa və 1 aylıq tarifi də nəzərə alsaq, hardasa 50-60 AZN edəcək, amma Siz yenə də zəng edib, dəqiqləşdirin. Ətraflı məlumat rəsmi səhifədə var.

Zahir Xelilov (2015-01-22 22:20:18)
Çox sağ olun cavabınıza görə. Birdəki dedinizki binada həmin şirkətin bloku olmalıdı. Ony deqiq deye bilmerem amma qapımızda citynetin bukletini asmışdılar. Yəginki bloku var ona görədə reklam olunur?

Mehman Elxanoglu (2015-01-22 19:18:48)
Əgər provayder kimi kabelsiz televiziya çəkən şirkətlərdən birini (EuroSel, AiləNET /AiləTV/, AktivOL, CityNet, MetroNet, KATV1 və s.) seçsəniz, telefon xəttinə (eləcə də ATSə) ehtiyac yoxdur, ancaq yuxarıda göstərilən şirkətlərdən hər hansı birinin (və ya bir neçəsinin) bazasının binanızda olması əsas şərtdir (Bazanın olub-olmadığını binanızda bloklara vurulan reklam şəkillərindən və ya yuxarıda göstərilən şirkətlərlə bilavasitə əlaqə /telefon və s./ saxlayaraq öyrənmək olar). P.S. Bəzi şirkətlər internetin çəkilməsi üçün eyni zamanda kabel televiziyasının da çəkilməsinin mütləq olduğunu deyə bilər, bu artıq həmin şirkətin satış strategiyasıdır, qiymət qane edirsə, həm TV, həm də internet çəkdirə bilərsiniz, etməzsə, başqa provayderə də müraciət edə bilərsiniz. Qiymətlərə gəldikdə isə, hər şirkətin bir-birinə yaxın olsa da, fərqli qiymətləri var, məsələn KATV1 bizə şəxsən həm internet, həm TV çəkməsi üçün lazım olan xərc səhv etmirəmsə, 20 AZN modem, bir o qədər də kabel pulu, bir də 1ci ayın pulu... Bu da təqribən aşağı-yuxarı 50-70 AZN etmişdi.

E. Hacı (2015-01-22 14:52:15)
Öncə ATS-ə müraciət edin, telefon çəkdirin, provider sonra internetdən maraqlana bilərsiz. Hamsı bir yerdə 50-60 manata başa gəlir mən bilən indi. İçində ilk 3 ya 6 ayın telefon pulu, bir aylıq internet, nömrə və.s. hamsı daxil

Şükür Hüseynov(Azerbaycan) (2015-01-22 12:09:39)
Salam beli telefon xetti mutleqdir telefon xetti cekdikden sonra ateyse muraciet edirsiz muqavile baglayirsiz interneti acillar modemde alirsiz vessalam