Axtarış sistemləri

Salam saytda, ümumiyyətlə webdə axtarış alqoritmi necədir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

marmeladze (2015-01-24 00:57:49)
hətta test məqsədilə belə olsa php ilə axtarış sistemi düzəltmək fikrindən daşının :) yəni, crawl və indeksləşdirmə işlərini görmək üçün php heç məsləhətli deyil, sizi yarı yolda qoyar. milyoner olmaq məsələsinə gələndə, hazırda onlarla mənbə kodları açıq olan/paylaşılan crawler çərçivələri var. eləcə də optimal, çoxfunksiyalı indeksləşdirmə. yəni crawling və indeksləşdirmə artıq adidən də adi şeylərə çevrilib. fokus hal-hazırda işin riyazi modelləşdirilməsində, daha doğrusu, daha yaxşı, daha optimal modelləşdirilməsindədi. burda, mənə elə gəlir ki, birinci növbədə dilin emalıdı. müxtəlif axtarış motorları müxtəlif dillərə görə (google, yahoo, bing demək olar ki, avropada danışılan böyük dillərin hamısına görə, yandex rus, türk, ukrain və qazax dillərinə görə), demək olar ki, sorğulara maksimum effektivliklə cavab verirlər. bizim dilsə yetimdi - dalında duranı yoxdu :) durana da pul verəcək yoxdu :) bunları da nəzərə alın.

Şükür Hüseynov(Azerbaycan) (2015-01-24 00:19:25)
Ola bilər bu web məndə yaddaş qoymadı :) o vaxt oxumuşdum tam başa düşməmişdim indi bildim nə deyirsiz elə mən də 1 saat vərəq üstündə alqoritm fikirləşirdim əvvəli elə sizin yazdığınızla eynidir vərəq üstündə tam aydınlaşdırım neyniyəcəm sonra keçəcəm görüm php ilə nəsə elyə bilirəm? Bilmək olmaz bəlkə məndə bir axtarış sistemi düzəldərəm məşhur olar olaram milyoner :) Onda sizi də görərəm :)

marmeladze (2015-01-23 23:35:21)
siz bu sualı bir dəfə də soruşmuşduz :) mən də alayarımçıq olsa da müəyyən ilkin təəssürat yaratmağa çalışmışdım. yaxşı olar ki, "crawling" (azəbaycan dilində müvafiq qarşılığını tapa bilmədim, üzrlü sayın) və "indeksləşdirmə" haqda axtarış aparasız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web, Mail Server

İbtiadi sinif yoldaşımı axtarıram.

istifadəçi sayı

Veb Sayt WordPress AdSense

Web sayt acmaq

google-da axtarışda çıxmaq