modemin sazlanması

Əvvəla salam. deməli bizim məhəllənin banditləri bizim evin wifi şifrəsinu öyrəniblər hələ üstəlik dəyişiblər köpəy uşaqları 🙂
mən evə 1 həftə sonra gedəcəm deyə deyirəm indidən öyrənib gedim ki, orda oturub fikirləşməyim yarım saat 🙂
Hə nəysə deyəcəyim odu ki, modemi sıfırlamalıyam buna ok. Bəs mən bunu sıfırladıqdan sonra necə öz vəziyyətinə gətirəcəm? Yəni sıfırlanacaq sonra modemin bağlanmaq üçün istifadə olunan kablolarının birini modemə birini notebooka taxacam. Sonra 192.168.1.1 ə girməliyəm? Və hansı programla girməliyəm? chromla girə biləcəmmi?
girdikdən sonra nə edəcəm? Modem mənə köhnə ayarlarını yenidən özü avtomatik yükləyir sistemə ya mənim özüm tək tək hamısını yazmalıyam? Yəni köhnəni yadımda saxlıyıb sazladıqdan sonra yenidən o bilgiləri yazmalıyam?
bunları elədikdən sonra şifrə qoymaq bölümü zad var oranı bilirəm bəs modemi sazlamaq üçün girdiyimiz sayta necə parol qoyuruq? o admin admini necə dəyişirik?

Və son olaraq da deyəlim ki məhəllədəki o şifrəni qıran birisi işini bilən birisidi ya da programı var rahat qırır bunun qarşısını almaq üçün nə eləməliyəm? Yəni sistemi daha güclü qorumaq üçün nə eləməliyəm?

Bəlkə də verdiyim ən uzun sualdı tək tək cavablandırsaz sevunərəm. əziyyət olacaq sizə indidən çox sağolun 🙂


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(10:20, 24/01/2015 ) #52218

Deməli Chrome ilə girməyə qədər hər şey düzdü. Ancaq modemi sıfırlamazdan öncə LAN kabel ilə modemi kompa qoşun Chrome ilə 192.168.1.1 girib admin admin yazıb yoxlayın əgər girsə işiniz asandı., yox girməsə elə sıfırlayın.
Fərz edək ki lan kabel ilə qoşulmusuz. Bundan sonra İnterface Setup->Wireless bölümünə girin.
Orda Use WPS seçimini NO edin. Sonra Pre-Shared Key yazılan yerdə wifi şifrəsini dəyişin. Bu qədər. Yox əgər sıfırlayıb girsəniz ilk girən kimi Quick Start bölümünə girib ordakı mərhələləri tamamlayın. yenidən sazlamaq üçün internet provayder sizə loqin və şifrə verməlidi.

admin admin girişini dəyişmək üçün Maintenance->Administration yerinə girib dəyişə bilərsən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:04, 25/01/2015 ) #52244

    bu interface setup maintenance bölmələri kompdadır ya 192.168.1.1 dən daxil olacam?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (08:59, 25/01/2015 ) #52249

      192.168.1.1 daxilində. Aşağıdakı şəkildə görünür.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:27, 25/01/2015 ) #52257

    lan sert deyil ki wifi ilede ip uvanina girmek olar

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:31, 25/01/2015 ) #52265

      wifi ilə girmək olduğu məlum məsələdi. ancaq sualda yazılıb ki wifi şifrəsini dəyişiblər. yəni wifiya qoşula bilmir

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:17, 24/01/2015 ) #52235

Əgər sizin məhəllənin banditləri şifrəni proqram vasitəsiylə qırırlarsa, şifrəni dəyişmək kömək etmir.
Mac address filter – dən istifadə edə bilərsiniz. Aşağıdakı şəkildə nümunəyə baxın. Əvvəlcə bu funksiyanı aktiv etmək üçün “Activated” seçin. Aşağıda #1, #2.. yazılan xanalara cihazlarınızın mac adreslərini yazın və “Save” düyməsini basın. Bundan sonra kodu bilsələr də qoşula bilməyəcəklər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:01, 25/01/2015 ) #52243

    o ma adreslərinu yazdığım kompüterlər girəcək sadəcə hə? bəs telefonun mac adresini necə öyrənəcəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:39, 25/01/2015 ) #52269

      Modemi sazlayıb, wifi şifrəsini dəyişdirdikdən sonra bütün cihazları wifi vasitəsiylə internetə qoşun. Sonra aşağıdakı səhifəyə daxil olun. Yaşıl düzbucağın içərisindəki sahədə qoşulu cihazların mac adreslərini görəcəksiniz. Burdan bir-bir kopyalayıb Mac filtirdəki xanalara yapışdırın.

      Kodu dəyişdirdikdən sonra gün ərzində bir neçə dəfə bu səhifəyə girib qoşulu cihazların sayına baxın. Əgər sizdən başqa qoşulan yoxdursa, heç bunları etməyə də ehtiyac yoxdur. Mən hər ehtimala qarşı bu üsulu dedim.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:54, 25/01/2015 ) #52270

Modemi sazladıqdan sonra bir şeyi də etmək vacibdir. Aşağıdakı səhifəyə daxil olun və yaşıl çərçivənin içərisindəki xanalara istədiyiniz şifrəni yazın. Bundan sonra sizin modemin şifrəsi admin yox təyin etdiyiniz şifrə olacaq. Yəni wifi şifrəsini qırsalarda modemin sazlamalarına daxil ola bilməyəcəklər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (20 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024