modemin sazlanması

Əvvəla salam. deməli bizim məhəllənin banditləri bizim evin wifi şifrəsinu öyrəniblər hələ üstəlik dəyişiblər köpəy uşaqları :) mən evə 1 həftə sonra gedəcəm deyə deyirəm indidən öyrənib gedim ki, orda oturub fikirləşməyim yarım saat :) Hə nəysə deyəcəyim odu ki, modemi sıfırlamalıyam buna ok. Bəs mən bunu sıfırladıqdan sonra necə öz vəziyyətinə gətirəcəm? Yəni sıfırlanacaq sonra modemin bağlanmaq üçün istifadə olunan kablolarının birini modemə birini notebooka taxacam. Sonra 192.168.1.1 ə girməliyəm? Və hansı programla girməliyəm? chromla girə biləcəmmi? girdikdən sonra nə edəcəm? Modem mənə köhnə ayarlarını yenidən özü avtomatik yükləyir sistemə ya mənim özüm tək tək hamısını yazmalıyam? Yəni köhnəni yadımda saxlıyıb sazladıqdan sonra yenidən o bilgiləri yazmalıyam? bunları elədikdən sonra şifrə qoymaq bölümü zad var oranı bilirəm bəs modemi sazlamaq üçün girdiyimiz sayta necə parol qoyuruq? o admin admini necə dəyişirik? Və son olaraq da deyəlim ki məhəllədəki o şifrəni qıran birisi işini bilən birisidi ya da programı var rahat qırır bunun qarşısını almaq üçün nə eləməliyəm? Yəni sistemi daha güclü qorumaq üçün nə eləməliyəm? Bəlkə də verdiyim ən uzun sualdı tək tək cavablandırsaz sevunərəm. əziyyət olacaq sizə indidən çox sağolun :)

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

kamaleddin (2015-01-25 19:54:45)
Modemi sazladıqdan sonra bir şeyi də etmək vacibdir. Aşağıdakı səhifəyə daxil olun və yaşıl çərçivənin içərisindəki xanalara istədiyiniz şifrəni yazın. Bundan sonra sizin modemin şifrəsi admin yox təyin etdiyiniz şifrə olacaq. Yəni wifi şifrəsini qırsalarda modemin sazlamalarına daxil ola bilməyəcəklər.

kamaleddin (2015-01-25 19:39:00)
Modemi sazlayıb, wifi şifrəsini dəyişdirdikdən sonra bütün cihazları wifi vasitəsiylə internetə qoşun. Sonra aşağıdakı səhifəyə daxil olun. Yaşıl düzbucağın içərisindəki sahədə qoşulu cihazların mac adreslərini görəcəksiniz. Burdan bir-bir kopyalayıb Mac filtirdəki xanalara yapışdırın. Kodu dəyişdirdikdən sonra gün ərzində bir neçə dəfə bu səhifəyə girib qoşulu cihazların sayına baxın. Əgər sizdən başqa qoşulan yoxdursa, heç bunları etməyə də ehtiyac yoxdur. Mən hər ehtimala qarşı bu üsulu dedim.

Cabbarov Sübhan (2015-01-25 16:31:04)
wifi ilə girmək olduğu məlum məsələdi. ancaq sualda yazılıb ki wifi şifrəsini dəyişiblər. yəni wifiya qoşula bilmir

asan xidmet (2015-01-25 15:27:27)
lan sert deyil ki wifi ilede ip uvanina girmek olar

Cabbarov Sübhan (2015-01-25 08:59:16)
192.168.1.1 daxilində. Aşağıdakı şəkildə görünür.

Rəşid İmanov (2015-01-25 01:04:51)
bu interface setup maintenance bölmələri kompdadır ya 192.168.1.1 dən daxil olacam?

Rəşid İmanov (2015-01-25 01:01:59)
o ma adreslərinu yazdığım kompüterlər girəcək sadəcə hə? bəs telefonun mac adresini necə öyrənəcəm?

kamaleddin (2015-01-24 19:17:53)
Əgər sizin məhəllənin banditləri şifrəni proqram vasitəsiylə qırırlarsa, şifrəni dəyişmək kömək etmir. Mac address filter - dən istifadə edə bilərsiniz. Aşağıdakı şəkildə nümunəyə baxın. Əvvəlcə bu funksiyanı aktiv etmək üçün "Activated" seçin. Aşağıda #1, #2.. yazılan xanalara cihazlarınızın mac adreslərini yazın və "Save" düyməsini basın. Bundan sonra kodu bilsələr də qoşula bilməyəcəklər.

Cabbarov Sübhan (2015-01-24 10:20:07)
Deməli Chrome ilə girməyə qədər hər şey düzdü. Ancaq modemi sıfırlamazdan öncə LAN kabel ilə modemi kompa qoşun Chrome ilə 192.168.1.1 girib admin admin yazıb yoxlayın əgər girsə işiniz asandı., yox girməsə elə sıfırlayın. Fərz edək ki lan kabel ilə qoşulmusuz. Bundan sonra İnterface Setup->Wireless bölümünə girin. Orda Use WPS seçimini NO edin. Sonra Pre-Shared Key yazılan yerdə wifi şifrəsini dəyişin. Bu qədər. Yox əgər sıfırlayıb girsəniz ilk girən kimi Quick Start bölümünə girib ordakı mərhələləri tamamlayın. yenidən sazlamaq üçün internet provayder sizə loqin və şifrə verməlidi. admin admin girişini dəyişmək üçün Maintenance->Administration yerinə girib dəyişə bilərsən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Modemimdə LAN işığı 1 2 saatdan bir sönüb yanır.

Fiber Optik internet üçün modem

Wireless Settings region seçimi

Wifi Modem td8961nd

nooutbook in

tp link modemdən digərinə şəbəkə ötürmək