Ekran Video çəkmək

Salam mən kompüterə aid dərslər hazırlamağa qərar verdim buna aid sizə bir neçə sualım olacaqdı. 1. Video dərslərimi İngiliz və Türk dillərində paylaşacam. (Yəni hər bir video həm ingiliz həm türk dilində olacaq) Bu dillərdə paylaşmağım mənə Youtube-də problem yaratmaz? 2.Videoları camtasia 7 ilə çəkirəm mən necə edimki videoya küller səsi düşməsin? (Kompüterin özündə mikrofon var onunla çəksəm yaxşıdır yoxsa qulaqcıqın mikrofununan?) 3.Çəkdiyim dərslərin birneçəsi səssiz olacaq onun əvəzinə nə mp3-ü qoysan telif haqqından cəzalandırılmaram? bunun üçün sayt var yoxsa youtubenin öz imkanlarından yararlanım? Qeyd. (Çox xahiş edirəm imkan daxilində saytın yuxarısında istifadəçiyə görə tema dəyişmə imkanı olsun. Şəxsən indiki dizayn mənim gözümə görə deyil. Rəngləri yaxşı seçə bilmirəm. Uğurlar)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Namazov Ismayil (2015-01-26 07:44:32)
Çox sağ olun . Təşəkkür edirəm

E. Hacı (2015-01-26 01:17:19)
Salam. 1. Əlbəttə ki yaratmaz. 2. Sonradan video və ya sound editor proqramlarında noise removal ilə küyləri silmək olar. Ümumiyyətlə video blogger işi təkcə videonu çəkmək yox, sonra kəsib doğramaq, süjetlər arası effektlər yerləşdirmək, küyləri təmizləmək və.s. işlərdən ibarətdir. Gələcəkdə isə imkan olar sanballı mikrofon alarsız. 3. Əlbəttə blok edilər az müddət sonra. Youtube-un özündə N qədər pulsuz musiqiqlər var video upload edərkən təklif edir. İnternetdə də free license mp3, Free Creative Commons Music və.s. axtara bilərsiz. Qeyd: Saytın dizaynı ilə bağlı bəzi testlər edilir deyə belədir, bu yaxınlarda tam dəyişəcək. İstifadəçilərə hələ ki tema dəyişmək olmayacaq , amma ümumən rənglər və.s. qaydasına düşəcək

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

YouTube Safety haqqında

youtube-dan videonu mp3 kimi köçürtmək

youtube kanalda təkrar kliplər paylaşmaq

Youtube video üzərində yazı və link düzəltməkk

Youtube reklamlarından azad olmaq

Sayt problemi.Bəzi Youtube videolar saytımda göstərmir