Sayt Yığmaq

Salam Hər Vaxtınız Xeyir Mən .Az domeni ile sayt açmışam amma bu saytı necə yığa bilərəm nə kimi proqramlar lazımdır

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Namazov Ismayil (2015-01-27 23:47:18)
Əvvəlcədən qazanmaq üçün baxsaz heçnə qazana bilməyəcəksiz. Saytdan qazan yalnız sayt müəyyən qədər tanındıqdan sonra ola bilər ki indi elan saytları da az deyil. O saytlardan seçilmək üçün alışverişi rahatlaşdıran funksyalar vəya dizayn cəhətdən daha gözəl birşey yaratmalısız. 2. Sayt yaratmaq üçün proqram və s belə şeylərdən istifadə olunmur əgər belə olsaydı hərkəsin öz istəyinə uyğun saytı olardı. Saytı yaratmaq üçün müəyyən səviyyədə kodlaşdırmadan başınız çıxmalıdır. Kodlaşdırmanıda youtubede videolara baxaraq yalnız müəyyən biliyə sahib ola bilərsiz lakin o biliklə sayt yıqmaq mümkün deyil . Kursa gedərək bunu öyrənə bilərsiz. Əgər öyrənmək istəmirsizsə vəya sizə təcili lazımdırsa saytı başqasınada yığdıra bilərsiz saytın dizayndan funksyasından asılı olaraq qiymətlər yüksək olur. 3. Pul qazanmaq üçün google adsense reklamlarından sayt böyüdükdə isə şəxsi reklam alaraq pul qazana bilərsiz lakin adsense reklamları qoşmazdan əvvəl saytınız azda olsa məhşur olmalıdır yoxsa saytda istifadəçi olmasa reklamlara tıklamasalar birşey qazana bilmərsiz. Təşəkkürlər

Miki99 (2015-01-27 20:14:27)
ve bu sayt tam yigildiqdan sonra bina.az ve diger saytlar kimi ne qeder pul qazanmaq mumkundur en azi

Miki99 (2015-01-27 20:03:05)
men ummumiyyetle ev elanlari ve bu tip sayt yigmaq istiyirem

E. Hacı (2015-01-27 19:46:15)
Heç bir fikriniz yoxdursa niyə almısınız domen? Bu uzun prosesdir və sual özü düzgün qoyulmayıb. Yaxşı olar ki dəqiq nə sayt istədiyinizi, saytı necə gördüyünüzü dəqiq təsvir edəsiz. Yoxsa sual buna bənzəyir: Təkər almışam, amma maşınım yoxdur, maşın əldə etmək üçün nə etmək lazımdır?