Android hazır Sqlite bazaya qoşulma

Salam, dostlar mənə android mövzusunda kömək lazımdır. Deməli sadə bir app üzərində işləyirəm hazır sqlite baza var ona qoşulmalıyam. Sadəcə hazır verilənlər var onları oxuyub textview-lara çıxardacam.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

marmeladze (2015-02-05 03:19:19)
yox, mən bunun androiddə sizin nəzərdə tutduğunuz formada işləyəcəyini demirəm - androiddə işləsə-işləsə ancaq konsolda işləyə bilər :) lakin bu kodlardan istifadə eləyərək (məs funksiya halına salıb ) android interfeysindən bu funksiyalara sorğu göndərə bilərsiz. qaytarılan cavabı da lazımi vidcetə əlavə eləyə bilərsiz. android haqda ümumiyyətlə məlumatım yoxdu. amma desktop interfeysləri ilə azdan-mazdan işləmişəm. ona görə belə bir şey təklif elədim. [code] def bazadan_məlumatı_götür(parametr1, parametr2, parametr3) .... ... return məlumat [/code] [code] _vidcet.text(məlumat) [/code]

cvbuser (2015-02-01 22:37:48)
Şərh yazdığınız üçün təşəkkürlər, yazdığınız kodları yoxlamadım amma androiddə işləyəcəyini zənn etmirəm, u kodlar Java SE üçün deyil?!

marmeladze (2015-02-01 00:42:30)
tətbiqinizi hansı dildə yazırsız? fərz eləyək ki, əlinizdə test.db adlı sqlite bazası var. orda CEDVEL adlı cədvəldən məlumat götürmək istəyirsiz. CEDVEL-in iki sütunu var, sutun1 (ədəd), string verilən tipində sutun2 (simvol). sizsə sütunlardakı məlumatları müəyyən bir dəyişənə mənimsətmək istəyirsiz ki, harasa yazasız. java-da bunu belə eləyə bilərsiz. [code]mport java.sql.*; public class SQLiteJDBC { public static void main( String args[] ) { Connection c = null; Statement stmt = null; try { Class.forName("org.sqlite.JDBC"); c = DriverManager.getConnection("jdbc:sqlite:test.db"); c.setAutoCommit(false); System.out.println("ok"); stmt = c.createStatement(); ResultSet rs = stmt.executeQuery( "SELECT * FROM CEDVEL;" ); while ( rs.next() ) { int sutun1 = rs.getInt("sutun1"); String sutun2 = rs.getString("sutun2"); } rs.close(); stmt.close(); c.close(); } catch ( Exception e ) { System.err.println( e.getClass().getName() + ": " + e.getMessage() ); System.exit(0); } System.out.println("ok"); } }[/code] python-da belə. [code] import sqlite3 as baza con = baza.connect('test.db') with con: cur = con.cursor() cur.execute("SELECT * FROM CEDVEL") rows = cur.fetchall() # rows dəyişəni sütun sayı qədər elementi olan (burda 2 - sutun1, sutun2) çoxluqlar #çoxluğudu. #məs: #for row in rows:print row[/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebaydan telefon

Android telefonuna normadan çox ölçülü kart taxmaq

Android proqram dili

Əgər bu telefonu alsam…

hansı planşet

Office Suite Reklamları bağlamağ