Ebaydan Telefon sifarişi ve yeni qadağalar.

Yanvarin 29 gömrükdə yaşanan problemdən xəbərim olmayaraq şəxsi istifadə üçün telefon sifariş etmişəm.(ilk dəfə telefon sifarişi edirəm) Bakiya çatmasına hardasa 3-4 heftə çəkəcək. Digər sifarişlərim hər zaman baxdiğım poçta gəlir. Məni aşağadaki suallar maraqlandırır. 1) Əgər telefon gömrükdə saxlanılsa, mən bunu hardan biləcəm ? 2) Məlumat üçün hara müraciyyət etməliyəm? 3) Necə subut etməliyəm ki şəxsi istifadə üçündür? Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Nonane (2015-02-03 13:15:32)
Nese bir xeber varmi qanun baresinde, nese bir gerar verildi bu barede ?

Nonane (2015-02-02 01:27:03)
Misalçun sifariş verdiyim telefon gömrükdən gaytardılar dala mənə xəbər vermədən, mən hardan biləcəm ki telefon dala qaytarılib ve satıci bu barədə mənə xəbər verəcakmi? Birdən satici susdu və bildirmədi telefonun qayidması barədə Onda necə ? Ödədiyim pul necə olacaq......

Nonane (2015-02-01 15:59:39)
İzləmə kodu verilib, sadəcə kodu basiram və məlumat cıxmır. Bəle yazılır Carrier: Swiss Post. Düzdür mən qanun cıxmamiş almışam amma gel bunlarla danisda :)

Ebayman (2015-02-01 14:02:44)
Siz narahat olmaya bilersiz,ona kimi mesele hellini tapacaq yeqin.Izleme kodun olmalidi onunla izle.malin seklinin alt hissesindedi treck number yazilib.texmini bele birseydi RM377898JDMM YENI QERAR QEBUL EDILSE BELE MALI GERI GONDEREMMEZLER CUNKI SIZ EVVELKI QANUNLA ALMISINIZ.ADETEN GERI GONDERENDE SENI GOMRUYE CAQIRIB SENED IMZALADACAQLAR KI MALI GERI GONDERMEYE RAZIYAM.MAL SATICIYA CATANDA PULU GERI ALACAN

Nonane (2015-02-01 13:04:13)
>>>>>>Ayxan Mən telefonu necə dala göndərim, mən onu 4 gündür ki almışam. Və artiq ebaydan çıxıb.

Ayxan (2015-02-01 13:01:27)
Salamlar. Satıcı ilə əlaqə yaradın. Və telefonu geri göndərmək istədiyinizi bildirin. Telefonu geri göndərin. Satıcıya telefon çatanda, sizin pulunuz sizə geri qayıdacaq. Adətən pulun geri qayıtması 3 gün çəkir

Nonane (2015-02-01 12:49:02)
>>>Ubuntu Qeri qaytarılsa, mən necə bu barədə bilim ki saticıya melumat verib pulumu dala alım ?

E. Hacı (2015-02-01 12:29:46)
1. Gömrük sizə xəbər edəcək əgər nəsə rüsum lazımsa, əks halda da geri göndərəcək. Siz tracking ilə izləyə bilərsiz mal hardadır. Əgər tracking verməyibsə satıcı, onda sadəcə gözləməlisiz. 2. Gömrük xidmətinə. Google-da yazın, telefonları çıxacaq. İndi etməyin, nə vaxt çatma vaxtı gələr onda edərsiz. 3. Sizdən sübut istəməyəcəklər, özləri qərar verəcək. Hazırda müvəqqəti olaraq bu məsələ qaranlıqdır, yaxın günlərdə aydınlıq gələcək qanun səviyyəsində. Qadağan edillsə hamısı geri qayldacaq gələcəkdə, buraxılsa buraxıalacaq, rüsum tətbiq edilsə, hər kəs gedib rüsumu ödəyib təhvil almalı olacaq. Hazırda isə dediyim kimi heç bir müəyyənlik yoxdur, keçid vəziyyətidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsensedən pul necə çıxarda bilərəm?

Bu saytdan siqaret almaq istəyirəm ->

AZBAKA-dan ünvana çatmamış məktub

kaymu.az haqqında

Aliexpress’dən sifariş edəcəyim telefonun funksiyaları haqqında məsləhət almaq istəyirəm.

Üzük ölçümü