Online telefon biznesi-vergi ödəməliyəmmi?

Facebookda sehife ve müxtəlif elan saytları vasitəsilə telefonları xaricdən gətizdirib sifariş verən şəxslərə satıram. İstəmirəm sabahları vergi vermədiyimə görə cəzalandırılım. Xahiş etsəm fiziki şəxs olaraq “kiçik bir biznesi olan satıcı hansı vergiləri və neçə faiz ödəməlidir?” sualini cavablandirardiz.Bizdə online satış olduğuna görə ofis və ya hansısa fiziki yer yoxdur. Vergilər nazirliyində bu problem olmaz? Vergilərə qeydiyyatdan keçmək üçün proseduru başa salardız.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(12:46, 31/01/2015 ) #52474

Salam. Əlbəttə vergi verməlisiz və dərhal.
e-taxes.gov.az daxil olub qeydiyyatdan keçin, öncə 195 xidmətinə zəng edib ticarət məqsədilə VÖEN açmaq istədiyinizi deyin, sizə hər şeyi izah edəcəklər.
Vergi illik dövriyyə 120 min azn-dən azdırsa 4%(rayonda fəaliyyətdirsə 2%), çoxdursa 18%-dir. Hələ gömrük rüsumu da olacaq.
Bir sözlə bu asan məsələ deyil. Adi poçtla gətirib bir bir satanlar da çoxdur bildiyiniz kimi, gömrük bəyannaməsi vermədən, hazırda bunun qarşısı alınıb, gömrükdə bütün telefonlar saxlanılıb, yaxında qanun qəbul ediləcək və bundan sonra bu tip fəaliyyət mümkün olmayacaq. Ticari məqsədlə gətirən gömrük rüsumu ödəməli olacaq. Vergi isə başqa məsələdir və hər bir halda ödənməlidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:21, 31/01/2015 ) #52477

    Men görüşüb telefonun pulunu nəğd alıram. Bunu necə qeyd aparmaq lazımdı? Kassa daşımalıyam yanımda her pul alanda?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:30, 31/01/2015 ) #52482

      Kassa daşımağa gərək yoxdur. Lisenziyalı mətbəələrdən kassa-mədaxil çeki əldə edirsiz(100 dənəsi 10 manat). Müştəriyə təhvil verəndə malın adını qiymətini yazırsız ora(öncədən evdə də yaza bilərsiz təbii ki) müştəri imza atır, altdakı qata da düşür imza, bir qat-nüsxə sizdə qalır, bir qat nüsxə müştəriyə çek kimi təqdim edilir. Bu qədər sadə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:45, 31/01/2015 ) #52483

    Asagidaki siyahida axi online satis ve ya ticaret kimi bir bend yoxdu. Onlardan basqa hamisi hamisi “kassa ile heyaata kecirilmelidir” yazib. Siz deqiq bilirsiz olur ceklerle?
    16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarətkassa aparatları vasitəsilə həyata keçirmək:
    http://www.taxes.gov.az/modul.php?name=qanun&cat=3

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:04, 31/01/2015 ) #52484

      Online ticarət ayrıca yoxdur bizim qanunların çoxunda, ona görə də online ya offline fərq etməz, hamısı ticarət hesab edilir və şərtləri eynidir.
      Əlbəttə dəqiq bilirəm, işlədənlər var ətrafımda. Kassa o halda lazım olur ki, daha çevik əməliyyat tələb edilsin, kütləvilik olsun, məkan olsun. Bu deyilən halda kim hansı ağılla əllə yazılan çek istifadə edər ki.
      Amma siz deyən hal üçün, və ya xidməti işlər üçün(bir fiziki şəxs digər fiziki və ya hüquqi şəxs üçün iş görür xidmət haqqı alır) əllə çek yazmaq daha əlverişlidir

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:29, 02/02/2015 ) #52557

    Size son bir nece sualim daha olacaq. dediyiniz 4 faiz menim gelirimden tutulur ya umumi dovriyyemden. Tutalim telefonu 300 azn mayasidi 400 azne satiram. Men indi 4 azn vergi odeyecem ya 16 azn?Birde sosial mudafieye de mebleg odemeliyem her ay? O vergini icinde gedir ya nece?
    Tesekkur etrafli melumat ucun!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:13, 03/02/2015 ) #52604

      ??

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:15, 03/02/2015 ) #52608

      Təbii ki gəlirdən. Rüblük vergi hesabatında gəlir soruşulur, yəni təmiz gəlir. İllik hesabatda isə ümumi dövriyyə də soruşulur.
      Sosial müdafiə ayrıdır, aylıq 13 azndən başlayır ödəniş, zona və fəaliyyət növünə görə dəyişir ödəniş . Daha dəqiqi elə sosial müdafiədə deyərlər sizə bu ilkin sənəd işlərini hazırlayanda. Vergilərdə də vöen-i təhvil verəndə necə lazımdı istiqamət verəcəklər sizə istər statistika komitəsi ilə bağlı, istər sosial müdaiə ilə bağlı işlərdə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 saat əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (13 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (7 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (15 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (41 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (46 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024