Online telefon biznesi-vergi ödəməliyəmmi?

Facebookda sehife ve müxtəlif elan saytları vasitəsilə telefonları xaricdən gətizdirib sifariş verən şəxslərə satıram. İstəmirəm sabahları vergi vermədiyimə görə cəzalandırılım. Xahiş etsəm fiziki şəxs olaraq "kiçik bir biznesi olan satıcı hansı vergiləri və neçə faiz ödəməlidir?" sualini cavablandirardiz.Bizdə online satış olduğuna görə ofis və ya hansısa fiziki yer yoxdur. Vergilər nazirliyində bu problem olmaz? Vergilərə qeydiyyatdan keçmək üçün proseduru başa salardız.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2015-02-03 23:15:57)
Təbii ki gəlirdən. Rüblük vergi hesabatında gəlir soruşulur, yəni təmiz gəlir. İllik hesabatda isə ümumi dövriyyə də soruşulur. Sosial müdafiə ayrıdır, aylıq 13 azndən başlayır ödəniş, zona və fəaliyyət növünə görə dəyişir ödəniş . Daha dəqiqi elə sosial müdafiədə deyərlər sizə bu ilkin sənəd işlərini hazırlayanda. Vergilərdə də vöen-i təhvil verəndə necə lazımdı istiqamət verəcəklər sizə istər statistika komitəsi ilə bağlı, istər sosial müdaiə ilə bağlı işlərdə.

Naokia980 (2015-02-03 20:13:49)
??

Naokia980 (2015-02-02 21:29:34)
Size son bir nece sualim daha olacaq. dediyiniz 4 faiz menim gelirimden tutulur ya umumi dovriyyemden. Tutalim telefonu 300 azn mayasidi 400 azne satiram. Men indi 4 azn vergi odeyecem ya 16 azn?Birde sosial mudafieye de mebleg odemeliyem her ay? O vergini icinde gedir ya nece? Tesekkur etrafli melumat ucun!

E. Hacı (2015-01-31 18:04:39)
Online ticarət ayrıca yoxdur bizim qanunların çoxunda, ona görə də online ya offline fərq etməz, hamısı ticarət hesab edilir və şərtləri eynidir. Əlbəttə dəqiq bilirəm, işlədənlər var ətrafımda. Kassa o halda lazım olur ki, daha çevik əməliyyat tələb edilsin, kütləvilik olsun, məkan olsun. Bu deyilən halda kim hansı ağılla əllə yazılan çek istifadə edər ki. Amma siz deyən hal üçün, və ya xidməti işlər üçün(bir fiziki şəxs digər fiziki və ya hüquqi şəxs üçün iş görür xidmət haqqı alır) əllə çek yazmaq daha əlverişlidir

Naokia980 (2015-01-31 17:45:08)
Asagidaki siyahida axi online satis ve ya ticaret kimi bir bend yoxdu. Onlardan basqa hamisi hamisi "kassa ile heyaata kecirilmelidir" yazib. Siz deqiq bilirsiz olur ceklerle? 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarətkassa aparatları vasitəsilə həyata keçirmək: http://www.taxes.gov.az/modul.php?name=qanun&cat=3

E. Hacı (2015-01-31 17:30:58)
Kassa daşımağa gərək yoxdur. Lisenziyalı mətbəələrdən kassa-mədaxil çeki əldə edirsiz(100 dənəsi 10 manat). Müştəriyə təhvil verəndə malın adını qiymətini yazırsız ora(öncədən evdə də yaza bilərsiz təbii ki) müştəri imza atır, altdakı qata da düşür imza, bir qat-nüsxə sizdə qalır, bir qat nüsxə müştəriyə çek kimi təqdim edilir. Bu qədər sadə.

Naokia980 (2015-01-31 17:21:34)
Men görüşüb telefonun pulunu nəğd alıram. Bunu necə qeyd aparmaq lazımdı? Kassa daşımalıyam yanımda her pul alanda?

E. Hacı (2015-01-31 12:46:36)
Salam. Əlbəttə vergi verməlisiz və dərhal. e-taxes.gov.az daxil olub qeydiyyatdan keçin, öncə 195 xidmətinə zəng edib ticarət məqsədilə VÖEN açmaq istədiyinizi deyin, sizə hər şeyi izah edəcəklər. Vergi illik dövriyyə 120 min azn-dən azdırsa 4%(rayonda fəaliyyətdirsə 2%), çoxdursa 18%-dir. Hələ gömrük rüsumu da olacaq. Bir sözlə bu asan məsələ deyil. Adi poçtla gətirib bir bir satanlar da çoxdur bildiyiniz kimi, gömrük bəyannaməsi vermədən, hazırda bunun qarşısı alınıb, gömrükdə bütün telefonlar saxlanılıb, yaxında qanun qəbul ediləcək və bundan sonra bu tip fəaliyyət mümkün olmayacaq. Ticari məqsədlə gətirən gömrük rüsumu ödəməli olacaq. Vergi isə başqa məsələdir və hər bir halda ödənməlidir.