E-ticarətə başlamaq üçün

Salam dostlar.İstəyirəm ebaydan kiçik şeylər gətirib burda üstünə birneçə manat qoyub satım.Amma bilmirəm bunun üçün nə etmək lazımdı.Bir neçə sualın cavabını aydınlaşdırmağ lazımdı 1) Ebaydan istədiyim birşeyi sifariş versəm hara gələcək,hardan götürəcəm ? 2) Bu ticarətə görə vergi ödəməliyyəmi? 3) Satıcıların aldatmağ ehtimalı varmı?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ebayman (2015-02-03 19:09:45)
kicik ve ucuz mehsulun qorxusu yoxdu meselen men uzuk alanda 10-20eded birden aliram

Zahir Xelilov (2015-02-02 23:33:22)
Poçtdakı rüsumu sən özün ödəyirsən

ferid41 (2015-02-02 20:48:14)
mən ödəyirəm yoxsa göndərən ödəyir?

Nonane (2015-02-02 20:01:50)
Pocta odeyirler. Paketin olcusunden aslidi. Asan sozle desem, ayaqqabi qutusu boyda olana texminen 2 ya 2.40 azn, kicik gonderislere ise 1.60-1.80 azn odenilir.

ferid41 (2015-02-02 16:25:46)
Məsələn mən hər hansı kiçik məhsuldan üç ədəd sifariş versəm buraxacağlar? poçta ödəniş edəcəm nə isə? mən istəyirəm sifariş götürdükcə yavaş yavaş gətirib satım.Biraz büdcə yaranannan sonra artığ özüm tədarük eləməyə başlayaram.İndi mənə məsləhət görürlər ki yerli tədarükçülərin biri ilə işlə pul topla sonra özün tədarük eləməyə başla.Sadəcə bu işlərlə məşğul olan birilərini tanımıram ki onnan götürüb satım.

Nonane (2015-02-02 15:29:45)
Ebayda Postal code var ora oz poctunuzu yazirsiniz. Misalcun AZ1008 Mal gelende Bas Azerpoctan mobil telefona mesaj gelecek ve poct ozude size zeng edecek. Bunun ucun ebay geydiyatinizda telefon nomreni geyd etmelisiz. Misalcun mene vizov atir poct mobil telefonuma ))) Gorende zeng filan yoxdur, ozunuzde pocta zeng edib sorusa bilersiniz. Vergiye geldikde baxir ne alirsiz. Misalcun indi telefon sifarisi ile boyuk problemler var gomrukde, buraxillmirlar. Bir az gozlemek lazimdir qanun gebul edilsin. Amma diger esyalar ucun heleki problem yoxdur, elbette eyni maldan 15 -20 dene alsaniz suphelene bilerler. Satici aldatmasi meselesi, xeyr aldatmirlar, ebayda ciddi qanunlar var ve saticilar bizimkiler kimi pul yox, reputasiya qazanmaga calisirlar ki pil qazansinlar. Misalcun mal gelmedi saticiyla elage saxlayirsiz ve satici ile raziliq tapilmadi Case aca bilersiniz (sikayet). Onda bu ishe Ebay ozu baxir ve saticiya xeberdarliq olunur. Saticilar Case -den qorxurlar, cunki reputasiyalarna zerer vurur hetta magazalari baglana biler.

Ebayman (2015-02-02 12:26:10)
bu saytda ebay sozunun uste tiklayin sora kecmisden indiyecen yazilari oxuyun.E.H duz yazib

E. Hacı (2015-02-02 09:52:18)
1. Hara yazsanız ora, yerli poçt şöbəsinə, onlar da zəng edəcək sizə. 2. Bəli, təbii ki. 3. Demək olar ki yox. Amma bu mövzu qısa sual-cavabla öyrənilməsi mümkün deyil təəssüf. Gərək araşdırasız əməlli başlı. Elə cavablar.net-in özündən axtarış ilə öyrənə bilərsiz çox şey.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online Satış(CMS)

AMAZON DROPSHIPPING və AMAZON FBA

Vebsayt araşdırması

Sayt sifarişi

Azəricard E-commerce problemi

Azərbaycanda e-commerce ne yerdədir?