Android redaktor proqramı

Salam. Android proqramlarını nece redaktə edə bilərəm? Android proqramları kompüterdə açıb redaktə etmək üçün hansı proqramdan istifadə etmək lazımdır və bu proqramı haradan yükləyə bilərəm. İmkan daxilində bu sualıma aydınlıq gətirməyinizi Sizlərdən xahiş edirəm. Sağ olun.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2015-02-03 23:17:45)
Android proqramları compiled versiyadır, preprocessing ilə işləyən yox. Yəni loru dildə desək qaynanmış yumurta var ortada, siz də ondan çiy yumurta alıb qayğanaq etmək istəyirsiz. Belə bir şeydir :)

Cabbarov Sübhan (2015-02-03 22:51:41)
Android proqramı (və digər proqramları) redaktə etmək deyə bir şey yoxdu. Proqramlar word faylı deyil ki açıb dəyişdirəsən. Bəzi hallarda və bəzi proqramların içində olan şəkli və bəzi yazıları dəyişmək olur. Buna baxa bilərsən. Ancaq redaktə etsən belə proqramın xüsusi açarı ilə imzalamalısan ki işləsin o.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android studio telefon əlaqələndirmə

Canlı TV Android

HTC 630 -a Türk dilini necə yazım?

android üçün mp3 player

WiFi daxil olub ora daxil olanların mәlumatını yüklәyәn proqram

AdMob nə zaman işə düşür?