Linux-da proqram quraşdırılması

Salam, mən Ubuntu Gnome işlədirəm. Default firefox-u silib, Azərbaycan dilindəki versiyanı endirdim. tar.bz2 faylında idi. extarct elədim masaüstünə. Qovluğa girəndə firefox faylına girdim. Normal da işləyir. Amma bir problem çıxıb. Menyuda axtarış edilən yerdə firefox yazıram heç nə çıxmır. Terminalda da firefox yazanda da girmir. Səbəbi deyəsən ana qovluğa atmamağımdır. Hər dəfə girəndə qovluğa girib ordan firefox faylına girirəm. Bunu opt, usr/share və s. kimi yerlərə atmaq istədim amma alınmadı. Qovluğu necə daşıya bilərəm? Ümumiyyətlə normal proqram kimi işlətmək üçün nə etməliyəm? Hansı qovluğa atmalıyam?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2015-02-05 17:23:22)
Salam Nicat :D Bunun üçün bir neçə üsul var, 1. Normal ppa kanalından firefox qur, bu zaman dil sistem dili ilə eyni olacaq. Daha sonra Azərbaycanca dil paketini qura bilərsən: https://addons.mozilla.org/en-US/firefox/addon/azerbaijani-az-language-pack/ 2. Desktop faylı düzəldərək onu launcher-ə əlavə edə bilərsən: http://askubuntu.com/questions/13758/how-can-i-edit-create-new-launcher-items-in-unity-by-hand https://developer.gnome.org/integration-guide/stable/desktop-files.html.en http://askubuntu.com/questions/79583/adding-custom-applications-to-gnome-launcher Və ən son, terminaldan və s. firefox yazdığında da açılması üçün sistem yollarından birinə firefox-u symlink olaraq əlavə edə bilərsən, məsələn: [code]ln -s /home/nicat/Documents/firefox-az/bin/firefox (boşluq) /usr/bin/firefox[/code] Burada birinci arxivi extract etdikdən sonra terminaldan çalışdırdığın firefox faylının tam yoludur. Terminalda həmin faylın yanına gedib pwd yazsan, adresi göstərəcək, sonuna firefox əlavə etməyi unutma, çünki qovluq yox, fayl lazımdır, 2ci yazılan isə linkin qoyulacağı yerdir. Symlink haqqında ətraflı: http://www.cyberciti.biz/faq/creating-soft-link-or-symbolic-link/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu ƏS-i necə format edim?

Ubuntuda coding üçün ən yaxşı editor hansidi?

Linux Install Uninstall Error [ubuntu]

Ubuntunun external hard diskdən silinməsi

Linux seçimi

Ubuntu Yükləmələr