foreksdə zaman anlayışı

salam.Foreksdə aldığımız valyutanı hansı müddət də satmalıyıq?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Zahir Xelilov (2015-10-29 13:10:36)
əgər zərəri durdur əmri verməmisinizsə və aldığınız pulun dəyəri kəskin şəkildə aşağı düşübsə bu vaxt sərmayənizin böyük bir hissəsini itirə bilərsiniz. Demo hesabda başıma belə bir şey gəlib. 5000dolları 3-4 saata 5600 dollara qaldırmişdım. Amma qətiyyən zərəri durdur əmrindən istifadə etmirdim. Axşam girib heaabıma baxdım cəmi 2000dollar qalmışdı. Bu vaxt zərəri durdur əmrinin nə qədər vacib olduğunu öyrəndim. Size meslehetim o olar ki zərəri durdur əmrindən istifafə etməmiş əməliyyat yerinə yetirməyin. Düzdü ola bilər birdəfəlik küllü miqdarda pul qazana bilərsiniz. Amma itirəndə gözünün yaşına baxmazlar.

E. Hacı (2015-02-08 22:11:29)
Bu sahədə ciddi nəsə bilmədən bu işə girmək pulu ocaqda yandırmaq kimi bir şeydir, əmin olun. Öncə kitabdan, mənbələrdən filan ətraflı öyrənin, tələsməyin, sonra başlayın demo hesablarla işləyin, bütün suallara demo hesabda cavab tapacaqsınız. Sonra da real hesaba keçərsiz

Iqbal_iqr (2015-02-08 19:14:51)
Xahiş edirəm ətraflı yazın başa düşə bilmədim sizi.Məsələn Foreks balansında 100 USD məbləğ olduğu halda 20 USD-lıq əməliyyat etmişəm.bilmək istəyirəm ki mən bu 20 USD-ni hansı müddətdə itirə bilərəm?

E. Hacı (2015-02-08 18:55:00)
Zaman limiti yoxdur. Əsas əməliyyatı ayaqda tuta bilən girov məbləğ varsa (zərər sizin balansı keçmirsə) əməliyyat nə qədər istəsəz sürə bilər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Forexi sıfırdan öyrənmək üçün hansı kitab və ya video dərsləri məsləhət görərsiz?

Forekslə pul qazanmaq

Birjada kaldıraç nədir?