Fiberoptik internet

Hamıya salam.Belə bir problemlə qarşılaşmışam.İnternet Alfanetin 8 mbps fiberoptik internetidi.Speedtestdə yükləmə sürəti 70-80 mbps göstərir, ən azı olanda da 50-60 olur.Upload da 90-a qədər qalxır.Amma digər saytlarda sürət 8 mbps göstərir.Torrent və İDM isə dəyişir.Adətən faylı 1 mbit-lə yükləyir amma 4-5 mbit-ə hətta İDM-də 10 mbit-ə qədər qalxıb.Bu nədən ola bilər?Modem dəstəkləmir bu sürəti ya Alfanetin özündəndi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Galaxy (2015-02-13 01:51:10)
Sürətlə bağlı verdiyiniz bu sualın cavabını mən də bilmək istəyirəm, zəhmət olmasa bilənlər cavab yazardınız. Məndə də internet sizdəki kimi alfanet Fiber Optik internetdir və tarif sizdəki kimidir 8 Mbps, gecə sürəti 16 Mbps. Mən də sual vermişdim amma speedtest.net-də PING göstəricisi ilə bağlı idi sualım və mən də sürəti speedtest ilə yoxlayanda sürət DOWNLOAD SPEED 47,90 Mbps və UPLOAD SPEED 60,65 Mbps olmuşdu nəticə.Günün müxtəlif vaxtlarında yoxlamışam, gecə də o göstəricilər dəyişir.