Səhifə dizaynı üçün table niyə məsləhət görülmür?

Salam, dostlar table ilə yığılmış bir neçə sayt gördüm, daha sonra bir az araşdırdıqda demək olarki, hər yerdə table-ın dizayn üçün məsləhət edilmədiyini gördüm. Bunun səbəbi nədir sizcə, table-in məqsədinin tamam başqa olmasıylamı əlaqəlidir, yoxsa dizayn cəhətdən nələrdəsə çətinliklər yaradır ona görə?!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2015-02-11 09:47:02)
Table adından da göründüyü kimi cədvəl deməkdir. Yəni yalnız və yalnız cədvəl tipli informasiyanı əks etdirmək üçün nəzərdə tutulan komponentdir. Veb saytın grid ilə qurulması üçün isə CSS texnologiyası mövcuddur. Bir sözlə hər birinin öz ayrı təyinatı var. Niyə table işlətməməli? 1. Çünki bir az iri grid tələb olan kimi table içində table, colspan falan filan nəticəsində daha çox data yığılmış olacaq, bu isə veb sayt yüklənməsinə pis təsir edir. 2. Brauzerlər css gridi daha tez render edir, və daim işlərini buna uyğun qurur, table haqda düşünən belə yoxdur. Və haqlıdırlar, hər yeməyin öz yemə aləti var, qaşıq qaşıqdır, çəngəl çəngəldir. 3. Hazırki vaxtda belə table ilə qurulan veb sayt daim müxtəlif brauzerlərdə müxtəlif cür görünmə ehtimalına malikdir. Və.s. Yekun: Mütləq CSS istifadə edilməli. Table yalnız cədvəl informasiyasını yansıtmaq üçündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytıma tərcümə sistemini necə əlavə edim?

Foto qalereya

HTML Emaildə

Step IT yoxsa CodeAcademy ?

HTML-də Azərbaycan hərfləri

Android və HTML 5 App Dizyanı