Ticarət məqsədilə gətirilən mallar gömrük rüsumu

Salam. Ticarət məqsədilə VÖEN açdıqdan sonra. ticarət məqsədilə poçtla xaricdən gətirilən mallara (kosmetika məhsulları) gömrük rüsumları necə hesablanır? Məsələn 250 və ya 500 manat məbləğində mallara nə qədər gömrük rüsumu çıxır? Qabaqcadan cavab üçün təşəkkür edirəm!

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Zaur Abbasov (2015-02-20 16:56:48)
Bu dəfə axır ki, cavab verdilər. Gömrük işçisinin dediyinə görə gömrük rüsumu 36%-dir. İndi mənə bir şey maraqlıdır, bundan əlavə 4% gəlir vergisi ödənilməlidir?

Zaur Abbasov (2015-02-20 15:31:20)
Neçə dəfə 404 22 00-a zəng etmişəm cavab verən yoxdur, halbuki gömrük komitəsinin saytında əlaqə nömrəsi kimi göstərilib. Başqa hansı nömrəyə zəng etmək olar?

E. Hacı (2015-02-13 12:21:38)
Bu saytda var idi bu haqda sual və cavablar, axtarışla tapmaq olar. Ya da gömrüyün dəstək xəttinə zəng edin, izah edəcəklər dərhal. Ki hara getməli, hansı bəyannamə yazmalı(mal gəlmədən öncə) və rüsum nə qədər ödənilməli.

E. Hacı (2015-02-13 12:20:38)
Xeyr bu dediyiniz qanunaziddir. Ticari məqsədlə gətirəndə bəyannamə veriməli rüsum ödənməlidir, lap 10 manatlıq olsa da.

Zaur Abbasov (2015-02-13 12:08:05)
Salam. VÖEN açmış şəxs ticarət məqsədilə mallar gətirdikdə digər qaydalar və hesablanma aparılmır? Axı belə halda gətirilən bütün mallar, əgər məbləğ hətta 100 manat olsa da, ticarət məqsədilə gətirilir.

Zahir Xelilov (2015-02-13 11:35:00)
Salam əgər qaydalar dəyişməyibsə, aylıq 1000 manata kimi rüsumsuz mal keçirmək olar(telefonlar istisna) .1000 manatdan yuxarı 36% rüsum alınır. Belədəki əgər daha çox mal gətirmək istəyirsizsə ailədəki adamların adına vəya başqa tanışıvın adına mal göndərə bilərsən

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük videokartları saxlayırmı ?

Gomrukle bagli sual.

Ebaydan alınan mallara görə gömrük tarifləri

AliExpress’dən videoresgistrator almaq

Gömrüklə bağlı sual

İldə neçə telefon ala bilərik?