Proqramlaşdırma məsələsi

Salam Natural ədədi o zaman nizamlı ədəd adlandıracağıq ki, onu təşkil edən rəqəmlər həmin ədəddə azalmayan sıra ilə düzülmüş olsun. Bu cür ədədlərə misal olaraq : 111, 123, 15, 1123 ədədlərini göstərmək olar. Sizdən verilmiş [10,N] aralığında bu cür ədədlərin sayını tapmaq tələb olunur. N – verilmiş ədəddir. Giriş verilənləri Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N (10 <= N <= 109) natural ədədindən ibarətdir. Testlər 0 ədədi verilən sətirlə bitir(0 sonuncu testdir). Çıxış verilənləri Hər bir testə uyğun çıxışa yalnız [10, N] aralığında olan nizamlı ədədlərin sayı verilməlidir. Çıxış verilənləri 0 ədədi olan sətrlə bitməlidir (sonuncu test olaraq 0 ədədini çap edin). Məseleni eləməyinə elədim, ancaq bir yer qaranliq qaldi mənə. Məsələnin sonuncu cumləsi nə deyir? yəni nə olmalidi?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Şükür Hüseynov (2016-09-08 16:23:44)
Yox təəssüf ki məsələ bu qədər sadə deyil :) Yenidən oxuyun məsələni )

Ammar (2015-05-11 13:21:09)
Əgər səhv başa düşmədimsə səndən tələb olunan , 10-la 109 arasında olan onluq rəqəmləri çap etməkdir.(yəni sonu sıfırla bitən 20, 30, 40, 50, 60, 70, 80, 90, 100) javada bu belədir [code] for (int say = 10; say &lt; 109; say++){ if(say % 10 == 0){ System.out.println(say); } } [/code]