Saytıma qısa müddətdə və pulsuz müştəri necə cəlb edə bilərəm?

Mən saytımı reklam eləmək istəyirəm. Kim bilər pulsuz və tez bir vaxtda maksimum səviyyədə necə reklam edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

kamaleddin (2015-02-15 21:21:47)
Axtarış sistemlərinə "siteni ekle" və "submit your site" yaz. Çıxan nəticələrin içərisində bu cür xidmət verən saytlara (xüsusiylə google, yandex, yahoo, bing kimi tanınmış sistemlərə) daxil olun və saytınız haqqında məlumatı daxil edin. Mənim Bedava-sitem.com -da bir saytım var. Bu üsulla gündəlik 10000-dən çox ziyarətçisi olur.

Emin Mastizada (2015-02-15 04:54:28)
Sizin yazdığınız yöntəm fırıldaqçılıq yöntəmlərindən biridir. Spam ilə eynidir. Spam bir neçə günlük və ya həftəlik sayt qurduqda qısa vaxtda zorla insanlara lazımsız bir şeyi göstərib sonra durmaq üçün bir seçimdir. Uzun müddətli saytların səyyah (brauzer) fishing siyahısına düşməsinə və bütün müasir səyyahlarda insanların sizin sayta girməsinin qarşısını ala bilər. Bundan əlavə sayta və saytın qurucularına uzun müddət çox pis baxılmağa səbəb olur. Pulsuz reklam olmur. Belə bir şey mümkün deyil (tanışlıq məsələləri xaric). Reklam zamanı biriləri (google, facebook və s.) səni tanıdır, sən də qarşılığında nəsə verirsən (nümunədəki saytlarda pul, amma fərqli şeylərin qarşılıqda verildiyi reklam zarılaşmaları da olub).

Şükür Hüseynov(Azerbaycan) (2015-02-14 21:51:53)
Salam mən əvvəl pulsuz sistemdə bir sayt açmışdım fikirləşdim ki necə edim ki adam yığım götürdüm game maker proqramında yalnız 2 səhifəlik bir oyun hazırladım oyun deyəndə 1-ci səhifədə adi oyunlardaki kimi başla, davam et və s. Menyular və şəkillər istifadəçi başlanı basanda ikinci səhifəyə keçirdi və saytım haqqında məlumat gəlirdi oyunu məşhur olan bir neçə sayta xəbər kimi əlavə etdim sayt adminləri şübhələnmədi bundan bu yolnan sayta az da olsa girənlər, qeydiyyatdan keçənlər oldu(bir neçə nəfər), necə deyərlər, "Donuzdan bir tük də qənimətdir", yəni heç olmuyan yerdə onların girməyidə böyük şeydir siz də belə bir şey edə bilərsiniz bir neçə nəfər də olsa girər saytınıza, facebook qruplarında reklam edə bilərsiniz və s. amma yaxşı reklam etmək üçün pul lazımdır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blogun pulsuz reklamı.