WordPressdə custom post type

Salam, Wordpressdə custom post type-ların adları bazada harda saxlanır ümumiyyətlə bu adları, taxonomiləri dəyişmək olur?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

usernet (2015-02-19 15:56:05)
Aydındır, Çox saö olun.

E. Hacı (2015-02-18 08:30:38)
İlk baxışdan belə görünür düzdur, ki düzgün deyil. Amma mahiyyətə vardiqda görmək olur ki register post type Sadəcə bir dəyişən elanı kimi şeydir. Db ilə heç bir əməliyyat etmir, hər hansı ağır sorğusu yoxdir. Sadəcə wp sisteminə load zamanı tanıdır ki bele bir tip olsun. Dəyişən elanı kimi. Day bazada o tip varmı yoxmu maraqlanmır.

usernet (2015-02-17 22:34:48)
Qeyd etdiklərinizi functions.php də etmişdim amma cari saytda heç bir dəyişiklik olmamışdı(Demək ki, diqqətimdən yayınıb), amma sonra redaktə etdiyimi başqa bir yerdə qurdum bu dəfə dəyişikliklər əks olunmuşdu, onda düşündüm ki, yəqin bu bazada hardasa bir yerdə saxlayır... Nəsə indi yoxldım alındı. Sonda problem həll olundu. Təşəkkürlər :) Maraqlı gəldi, Deməli onda hər dəfə sayt yüklənəndə custom post typelar register olunur. Olmaz ki, bunlar nəsə başlanğıcda(theme aktiv ediləndə) register olsunlar... Bu sürət baxımından daha əlverişli olmaz ki?!

E. Hacı (2015-02-17 21:43:46)
Onu da yazmışdım, o functions php faylin da olur register post type funksiyası. Onun içində ad, slug, cəm halında ad və s təyin edilir. Orada dəyişmək bes eder.

usernet (2015-02-17 20:22:25)
Elvin bəy, mən menyuda onun adın dəyişməyi nəzərdə tuturam, bazada dəyişəndə menyuda şəkildə göstərdiyim yerdə dəyişmir. Sadəcə həmin posta şamil olunur. Mənim istədiyim isə şəkilə baxın(http://i59.tinypic.com/6xt7wg.png) belə bir şeydir. Nəsə yeni custom post type yaratmaqla məsələni həll etdim. Çox sağ olun.

E. Hacı (2015-02-17 19:19:25)
Yenə də qüvvəsində qalır dediyim. Mənə çatmır ki çətinlik nədəddir. Bazadan dəyişdirə bilərsiz, functions.php-dən dəyişdirib uyğunlaşdıra bilərsiz və.s. Heç bir halda post itmir.

usernet (2015-02-17 17:08:04)
siz məni səhv başa düşdünüz, zəhmət olmasa şəkilə baxın.... Mən bunun nəzərdə tuturam. [IMG]http://i61.tinypic.com/160aool.jpg[/IMG] artıq yazılmış postu deyil.

E. Hacı (2015-02-16 19:58:36)
Axı yazdim necə edirlər. Mysql ilə asanlıqla update etdib yeni tip adı ilə bərpa etmək olar köhnələri

usernet (2015-02-16 19:44:47)
biliriz mən templateni yükləyəndən sonra girdim kodlardan register edildiyi yerdə adın dəyişdim, amma saytda öz əksini tapmadı... sonra templateni editləyib yeni hostingə qurdum düzəldi... amma indi mən əlimdəki saytı bircə buna görə silib yenidən qurmaq istəmirəm

usernet (2015-02-16 18:07:06)
biliriz mən templateni yükləyəndən sonra girdim kodlardan register edildiyi yerdə adın dəyişdim, amma saytda öz əksini tapmadı... sonra templateni editləyib yeni hostingə qurdum düzəldi... amma indi mən əlimdəki saytı bircə buna görə silib yenidən qurmaq istəmirəm

E. Hacı (2015-02-16 17:07:17)
wp posts table-da post_type sütünunda string şəklində saxlanılır. rahatlıqla dəyişmək olar update sql sorğusu ilə. Amma dəyişəndən sonra gərək yeni tip register post type ilə tanıdıla və ya adıçəkilən funksiyada köhnə ad yenisi ilə əvəz edilə.