Camex bağlamanı götürməmək

Salam, mən Amazon-dan rəqəmsal kamera sifariş etmişəm və Amazon bunun üçün mənə 37$ dəyəri olan bel çantasını hədiyyə edib. Problem odur ki, Camex-in hesabına görə çanta 5.60 kiloqramdır, halbuki Amazon-da 4.4 pound yazılıb. Bu hesaba görə 37$ -lıq çantanın daşınma qiyməti 44 azn-dir. İndi bu çantanın Camex-də statusu belədir "göndərilib", lakin mən bu çantanı istəmirəm. Necə edim?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2015-02-19 22:59:11)
Burada camexin hər hansı günahı yoxdur, istəməmək də artıq işə yaramır, çünki onların işi daşımaqdır və işi artıq görüblər, mal da 1-2 günə yəqin anbarda olacaq artıq. Deməli artıq siz onlara borclusunuz 44 azn. Pulu da verməsəz camexdə nə malınız varsa təhvil verməyəcəklər təbii ki. Yeganə ümidli variant odur ki, camexdən malı təhvil alarkən çəkisində anlaşılmaqzlıq olduğunu deyin, orada yenidən çəksinlər, səhv ediblərsə yeni çəki üzə çıxan kimi 44 yox daha az ödəyərək götürə bilərsiniz.