HP COMPAQ 615 (Sönmə)

Salam.Kompüterimin (HP COMPAQ 615 notebook ) fanı dayanmadan fırlandığı üçün söküb təmizləmək qərarına gəldim.Sökdükdən sonra Processor-un üzərində olan termo pastanın sanki çürüdüyünü gördüm və az olduğundan birtəhər yenidən üzərinə çəkdim və təmizlik işləri aparıb kompüterin hissələrini yerinə yığdım.Komputeri işə saldıqdan təxminən 5 dəqiqə sonra komputerdə səs gəldi (sanki nəsə yanarmış kimi) və söndü.Bu hal hər dəfə kompüteri qoşduqda baş verir və cool-er tərəfdə əl ilə toxunduqda qızma hiss olunur.Sİzcə bu problem termo pastanın köhnə və ya az olmasından ola bilər?Birdəki ola bilərmi ki fanı düzgün birləşdirməmişəm? Yoxsa başqa diqqət etməli olduğum məqam var,hə?Öncədən kömək edəcək şəxsə təşəkkürümü bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Dilsuz (2015-02-19 16:30:05)
Salam. Çox güman ki, problem termopasdadadır. Prosessor həddindən artıq qızdığına görə, sistem kompüteri avtomatik keçirir, səhv etmirəmsə belə olmalıdır. Nəzərə alın ki, noutbuk termopastası PC ter. fərqlənir.