DLE alt qovluqların təhlükəsizliyi

Salam. Mən həvəskar olaraq dle üzərində rəsm və animasiyalara şəkil, mətn əlavə edilə bilən sayt yığmışam. Bu rəsmləri əmələ gətirən sənədlər əsas qovluqda aşağıdakı formada saxlanılır. Yəni nümunədəki sahil rəsmini əmələ gətirən sahil.php və fon rəsmi, şrift əsas qovluqda "fb>sahil" qovluğunda saxlanılır. Mən bilmək istəyirəm ki, bu sənədlərin və sayt temasının oğurlanma ehtimalı varmı, hər qovluğun içərisinə htaccess sənədi atmalıyammı? Əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

kamaleddin (2015-02-23 01:00:21)
Çox sağ olun. Minnətdaram.

Software Developer (2015-02-23 00:48:12)
Sayt temasının html hissəsinin save as ilə götürülməsi təbii, mümkündür, amma php səviyyədə əlbəttə yox, götürülə bilməz istifadəçi tərəfdən. Qaldı o fayla, papkada boş index.php varsai o papkaya təsadüfən girən olsa belə faylları görməyəcək. İstifadəçi tərəfə nə ötürürsünüzsə o artıq götürülə bilər aydın məsələdir. Yox əgər bu fayllardan şəkillərdən yalnız serverdə çağıraraq istifadə edirsizsə, istifadəçi tərəfə o barədə heç bir informasiya getmirsə o halda istifadəçi biləməz sizdə hansısa papka var içində də nəsə var. htaccess də olsa olar, əlavə sığortalayıcı kimi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dle Watermark

dle şablon

Niyə wp yox dle

htaccess – de kömək

Datalife Engine – də addcoments.tpl faylına aid sual

Telefon usb