Adsense Ödənişi Plastik kart vasitəsilə təsdiq olunması

Əvvəla salam qrupda olan hər bir kəsə Ola bilər bu haqda saytda bir çox söz söhbət gəzib ancaq ki, bu dəfə iş tamamən fərqlidir Tək adsense hesabına isə 4 youtube kanalı bağlıdır Mən ödənişi almaq üçün isə bu Fevral ayın 11-i VTB bank la tələb etdim ödənişi.İlk öncə Bank hesabı rekvizitlərini daxil etdim yəni cari hesab ve swift kodlarini.Ancaq mənfi cavab gəldi. Daha sonra isə kartın öz rekvizitlərini daxil etdim. Ödəniş istəyi qəbul edildi deyir və ödəmə göndərdik bildirir Bilmək istədiyim odur ki, bank rekvizitlərin almayıbsa kartı qəbul edibsə demək ki, kartla ödəyir Onuda deyim ki, bank hesabı AZN valyutası, Kart hesabl USD valyutası ilədir Zəhmət olmasa ödənişi aranızda alanlar varsa köməklik etsinlər Minnətdaram

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Xako2014 (2015-02-24 21:51:42)
Aha İBAN a baxdım düz yazmışam inşAllah ödəniş ala bilərəm

E. Hacı (2015-02-24 21:49:36)
Belə bilgiləri yalnız bankdan ala bilərsiz. Banka getmədən nə qədər etsəz də alınan deyil. Bankda isə cəmi bir vereq verirlər bütün iban filan hamsı bir yerdə yazılır, sadəcə köçürürsuz onu goooglea vəssalam. Beş dəqiqəlik is.

E. Hacı (2015-02-24 21:40:59)
Mən və n qədər tanış bank respublika və beynəlxalq bank ilə rahat alırıq. Bir saniyə vaxt itirmədən. Hər ay avtomatik. Problem sizin yanlış hesab və ayar istifadə etməniz səbəbi ilədir ona görə də probleminiz dastan kimi uzanıb belə

Xako2014 (2015-02-24 21:33:46)
Bank hesab müqaviləsi AZN kart hesab müqaviləsi isə USD lədir Türk saytlarında bu haqda kifayət qədər məlumat var heç biri burdakı sayt qədər düzü dastan danışmamış idi Elə bu saytda hər kəs Adsense haqda bir söz deyir və doğruluğuna dəlalət gətirir Maraqlıdır Unibank ən azı yaxşı idi

E. Hacı (2015-02-24 21:25:36)
Bayaqsa yazmisiz hesab manatladir. Qisacasi, bank hesabı da usd ilə olmalıdır bu mütləq şərtdir. Plastik kart söhbətini unudun bu mövzuda, söhbət ancaq hesabdan gedir, hesaba kart bağlıdır ya deyil bu önəmli deyil. Gedirsiz banka, rekvizit istəyirsiz usd hesab uchun , verirler. Orada aralıq bank adı olur hansısa xarici bank, onu da nəzərə alırsız googlede ayarlarda daxil edəndə. Axı googleda necə görməmisiz swift filan daxil edilən yerdə o bolmeni? Orada konkret soruşur əgər varsa araci bank adını da daxil edin.

Xako2014 (2015-02-24 21:18:26)
Aralıq Bank? bu haqda mənə bankdan heç bir məlumat yaxud sənəd təqdim olunmayıb. Adsense hesab dollarladır mən də ödənişi plastik kartla qəbul edirəm verdim çünki kart hesabı da dollarladır Aralıq bank haqda məlumat verin mütləq lazımdır?

E. Hacı (2015-02-24 21:15:10)
Eyni valyuta olmalıdır mütləq. Bu kart to kart deyil ki valyuta çevrilə, bu birbaşa bank köçürməsidir ona görə də yalnız eyni valyuta olmalıdır. Bankdan rekvizitləri alıb daxil edirsiz ora, aralıq bank filan olur orda onu da o cümlədən. Vəssalam. Cəmi bir sutkaya pul hesaba oturur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsnese Ödənişi Tam Niyə Ödəmir

Google Adsense vasitəsilə qazandığım pulu hansı bankdan ala bilərəm

Google Adsense

Debit yoxsa kredit kart?

Paypal-la ödəniş

YouTube’dan pul qazanmaq