Facebook,Google kimi saytlar Desktopda niyə responsive deyil?

Salam. Mənə maraqlıdır ki Facebook,Google kimi saytlar Desktopda niyə responsive deyil? Bu saytlarda browserin pəncərəsini resize edəndə heç nə dəyişmir.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2015-02-24 19:59:08)
Google Pagespeed saytından oxuya bilərsiz ki renderi ən sürətli necə etmək olar. Böyük saytlar da bu və digər metodrlardan istifadə edib, çoxsaylı testlərdən sonra alınan nəticlələrlə belə eybəcər, compressed, teqdən çox skriptin olduğu kod alırlar. Yəni gəlinən optimal nəticə budur, ən sürətli renderi bu verir cari dizayn və data üzrə. teq ilə olsaydı teq ilə edərdilər.

fightclub_husen (2015-02-24 19:48:09)
Birdə mənə belə bir şey maraqlıdır ki, Facebook və yaxud Google-in page sourcunda niyə html tagları çox azdır? Source code 90%-i qarışıq javascriptlərdən ibarətdir.

fightclub_husen (2015-02-24 19:43:09)
Təşəkkür edirəm ətraflı cavabınız üçün.

E. Hacı (2015-02-24 18:56:36)
Google desktopda qismən responsivdir, facebook isə yox. Çünki onlar adaptiv dizayn həllərinə malikdirlər, responsivliyə gərək yoxdur. HTML data yüklənmədən öncə(server səviyyədə) klientin device-nı, ekran ölçülərini müəyyən edirlər və o ölçüyə uyğun adaptiv dizaynlarını göndərirlər.(bütün ölçülər üçün həlləri var, tablet üçün açanda tablet ekranına görə, mobil üçün açanda mobilə görə, pc üçün açanda pc-yə görə) Səbəb isə daha sürətli işləməkdir. Responsiv dizaynda daha çox data olur, hansı ki uyğun olmayan ekranda hide olur bəziləri, amma yüklənirlər görünməsələr də. Yəni, desktop üçün olan hansısa iri komponent mobile versiyada görünməsə də, lazımsız yerə mobildə yüklənmiş olur hər dəfə serverdən. Kiçik saytlarda bu önəmli məsələ deyil, amma yüz milyonların girdiyi nəhənglər üçün 1 baytın da önəmi var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bootstrap responsive problem

Bootstrap browser fərqləri