Sayt ünvanı adından sonra referal link yönləndirilməsini necə ləğv edə bilərəm?

Salam. Saytımın ünvanını google.az-da site:saytadi.com formasinda axtarış etdim. Axtarışlarda: saytadi.com/?ref=SexŞhop.Com saytadi.com/?ref=HadiZayifla.Com saytadi.com/?ref=Guzels.TV saytadi.com/?ref=hitservis.gen.tr kimi nəticələr gördüm. Bilmək istəyirəm ki bu saytalara yönləndirmə etmədiyim hallarda bu linklər necə yaranıb? və bu refealları necə ləğv edə bilərəm? Qeyd üçün deyim ki, www.google.com/webmasters/tools saytinda da hesabım var baxdım oradan bir şey tapa bilmədim. Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Meherremoff (2015-03-03 16:09:42)
Əgər ümumiyyətlə ref parametrinin indekslənməsini istəmirsənsə və yuxarıdakı üsulu hər dəfə manual olaraq tətbiq etməmək üçün Webmaster Tools-da daha faydalı bir bölmə var:Dashboard -> Crawl -> URL Parameters. Bütün indekslənmiş parametrlər cədvəl şəklində bu bölmədə yerləşir. İstənilən parametrdə edit seçib No URLs seçimini verməklə onun indekslənməsini ləğv etmək olar.

davinci (2015-03-03 11:35:04)
Sualıma özüm cavab tapdım və həll etdim. Həlli yolunu sizlərlə də, bölüşmək istəyirəm bəlkə də nə vaxtsa qarşınıza çıxa bilər bu tip problemlər. https://www.google.com/webmasters/tools/home?hl=en ünvandan istifadə edərək referal linki silmək lazım olacaq. Bunun üçün təbii ki, google hesabınız olmalıdır və saytınız webmaster tools xidmətlərindən istifadə etmək üçün yuxarıda göndərdiyim google servisinə əlavə olunmuş olmadır. 1) Sonra isə sol menyudan Google Index - Remove URLs linkinə daxil oluruq. 2) Açılan səhifədə Create a new removal requests düyməsinə daxil oluruq açılan kiçik pəncərədə Enter the URL that you'd like to remove (case-sensitive) hissəsinə referal keçid verilən linklərdən birini məsələn: ?ref=HadiZayifla.Com formada daxil edib Continue düyməsinə basırıq. 3) Daha sonrakı səhifədə Sumbit Request düyməsini tıqlayırıq. Bununla da istəmədiyimiz referal linkini saytımızın ünvanından ayırılması üçün Google-a istəyimizi göndərmiş olur. Məsələn mən 4 tələb göndərdim və səhər baxdım ki, daha axtarışda bu yönləndirilmələr çıxmır və silinmişdir. Uğurlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt daxilində link yerləşdirmək

Facebookda bölgəyə uyğun yönləndirmə

Mobil telefon ilə sayta daxil olduqda yönəltmə

htaccess – de kömək

Verilmiş domendə olan bütün e-maillərə gələn məktubu müəyyən ünvana yönləndirmək

Sayt yönləndirmə