Google adsense ilə bağlı sual

Salam bəylər. Google adsense ilə bağlı bir-neçə sualım var həm də məsləhət versəniz əla olar. .AZ domeni ilə rus dlli contenti olan sayt qursam daha çox qazanmaq olar ya Azərbaycan? google adsense neçə günə qəbul edir saytı? bildiyimə görə təstiq kodunu potçla göndərir hə? nə qədər vaxta göndərir? googledan qazandığım pulu ən rahat şəkildə götürməyin yolu hansıdı? istəyirəm bank hesabımı orda qeyd edim və pulu hesabıma göndərsinlər. bir də ki saytın dili ingiliscə lakin xəbərlər Azərbaycanca olanda google saytı qəbul edər? Və ən əsas sualım sayta gündəlik (+aylıq) giriş nə qədər olsa heç olmasa aylıq qazanc 200usd olar? bilirəm konkret bilmək olmur amma təxmini deyin. Ətraflı məlumat verin zəhmət olmasa :)

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2015-03-05 22:28:03)
Bank hesabına adsensea aid azı 10 sual var saytda. Xeyr hesab yazmaq bes etmir. Bankdan tam rekvizit vərəq alıb ordakilari müvafiq formada doldurmaq laizmdir bir bir.

elliston (2015-03-05 22:16:23)
axtarşmışam və istədiyim cavabı tapa bilməmişəm. bir azərbaycan dilini dəstəkləməməisini tapmışdım. istənilən bank hesabı ödənişi qəbul edir? məndə bank respublikadı. hesab nömrəsi qeyd eləsəm alınar? məlumat üçün təşəkkür :)

E. Hacı (2015-03-05 19:01:42)
Bu sualların hamısı bu saytda cavablanıb, gərək axtarışdan istifadə edərdiniz. 1. Azərbaycan dilini dəstəkləmir adsense, təbii ki rus dilində daha çox gəlir olar. 2. bəli poçtla göndərir. 3. bank hesabı açıb ora qəbul etmək olur rahatlıqla. 4. Saytda ingiliscə Azərbaycancadan daha çox olduqda qəbul edər. 5. Rus dilində sayt üçün gündəlik təxminən 1500-2000 unikal giriş olsa aya 200$ olar, ingilis dili üçün isə unikal 1000-1500 giriş. Təbii ki təxmini rəqəmlərdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense dən göndərilən pul nə qədərə gəlir?

Google vasitəsilə pul qazanmaq

Adsense gəlir payi

Google adsense, youtube kanali haqqinda

Adsense reklam görünmür

ADSENSE ödəməsi