telefonum itib

Salam 3aydi olar telefonum itib Sony xperia c2105 telefon Zeng catmir polise vermisik helede xeber cixmayib nə etmeliyik bilenler yazsinda indiden təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin (2015-03-16 11:41:34)
İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə (tel:1677)müraciət edə bilər. Şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş vəya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edilir. Qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər.

Software Developer (2015-03-16 01:01:17)
Polis itən telefonu tapmır, sadəcə qeydə alır ki, kimsə o telefondan istifadə eləsə operatorlar xəbər verəcək ona. Amma tutalım xaricə aparsalar, və ya hardasa düşüb itibsə, polis onu tapmır. İtmə olan halda mütləq polisə demək lazımdır, tapılması üçün yox, gələcəkdə o telefondan kimsə pis məqsədlə istifadə etsə məsuliyyət daşımamaq üçün.

Əkbər (2015-03-15 18:17:05)
Polis beyem iten telefon tapma xidmətidi? Böyük ehtimalla sən ərizə yazanda itib yazmısan.onlarda sənin ərizəni atıblar qırağa.Əyər oğurlanıbsa bu başqaməsələ. Yazmalıydın oğurlanıb! Və buna görə cinayət işi açılacaqdı!

NONANE (2015-03-15 17:39:31)
Gerek kimse isletsin o telefoni ki polis siqnali gorsun. Sonra telefon tapan sexs terefinden format olunmayibsa, akkuantlar deyisdirilmeyibse, Google seyfesinde telefonu tapmaq olur ama gerek telefon internete gosulmus olsun.