Android telefonum açılmır.

Salam. Mənim huawei y-220 telefonumda Play Market açılmırdı. Googledan məlumat axtardım. Orda tapdığım məlumata əsasən root explorelə etc papkasıpnda olan host faylını sildim. Amma düzəlmədi. Sonra həmin yerdə olan başqa fayllarıda silib yoxladım. Sonra telefonu söndürdüm. İndi açılmır. Açmağa çalışdıqda yanıb sönür. Format etmişəm. power və down düymələri vasitəsi ilə amma yenə açılmır. Bu problemi necə həll etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Maqa (2015-03-17 16:51:41)
telefonu download rejimə alıb custom rom yükləsəz düzələcək

Pr0graMMeR Elvin (2015-03-16 23:50:29)
Bu videoya baxın

Pr0graMMeR Elvin (2015-03-16 20:00:06)
Birincisi siz host faylıni silməli deyildiz...onun əvəzinə həmin fayla daxil olub hər sətrin qabağına # işarəsi qoyulmalı idi... Sizin telefonunuzun artiq əməliyyat sistemi pozulub... Siz telefona gərək Custom Rom yazasınız... Başqa variant yoxdur. Usta da edə bilər... En yaxşısı ustadır