wordpress-də url-ni dəyişmək

yoldaşlar, salam. bir saytda wordpress sistemi qurulub. intəhası, instalyasiya əsas (root folder) qovluğa yox, altqovluğa (subfolder) olunub. hazırki link strukturu belədi: saytadi.com/test/{yazı-baslığı-üçün}, saytadı.com/test/category/{kateqoriya-adı-kateqoriyalar-üçün} indi burda dəyişiklik aparmaq istəyirik. yükləmə test qovluğunda qalsın, lakin sorğulara cavab kimi göndərilən url-lərdə test subfolderi görünməsin (saytadi.com/test/xyz => saytadi.com/xyz) bu mümkündümü? yaxud url-i o vəziyyətə gətirməkçün nə təklif eləyərdiz? (codex-dəki bir neçə həlli tətbiq eləməyə çalışdım, alınmadı)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

marmeladze (2015-03-25 08:45:07)
çox sağ olun. birincini tətbiq elədim, alındı.

E. Hacı (2015-03-24 16:01:22)
Salam. 1. Yaxşı olardı ki, cut paste ilə root-a daşınsın, db-də wp_options table-də iki yerdə saytın adı var, onlar redaktə edilsin, vəssalam, Sayt root-a köçdü. 2. Yox əgər test folderdə qalması vacibdirsə o halda 2.1. Admin Settings-də site url yerinə root url yazın. WP url isə qalsın olduğu kimi. 2.2. Subfolderdə index.php-ni root-a move edin.(cut paste) 2.3. index.php içində require( dirname( __FILE__ ) . '/test/wp-blog-header.php' ); düzəlişini edin ki path düz olsun. 2.4. Subfolderdə .htaccess varsa silin. 2.5. Admində Permalinks bölməsinə daxil olun və uyğun strukturu seçərək save edin(heç nə dəyişməsəz belə yenə də save düyməsinə basın ki update getsin) Bu rootda yeni htaccess yaradır. Vəssalam. Bu 100% işlək metoddur, özüm işlətmişəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress Tema

WordPress də Offset 0 və ya 1

WordPress saytın başqa serverə köçürülməsi

ubuntuda wordpress qurmaq

WordPress lokalizasiya

WordPress sistemi üçün Facebook komment plugini