Cavablar.net istifadəçi istəyi

Salam. Bilmək istərdim bu saytda planda var mı istifadəçilər arasında mesaj göndərmək imkanı olsun? Tez tez elə hallar olur ki, kiməsə konfedeal whats app, ve ya nəsə bir kod, telefon nömrəsi vermək lazım olur , amma burda istifadəçiyə messaj göndərmək imkanı olmadığına görə bunu edə bilmirəm. Demək olar ki bütüt səbəkələrdə,forumlarda, bu tipli saytlarda bu imkan var. Çox çətindi bu saytdan istifadə etmək.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2015-03-28 17:01:51)
Heç bir halda şəxsi məlumat verməyin, kimin nə sualı varsa burada verməlidir. Səbəbsə həm dediyiniz konfidensiallıq, həm də kontentin hamı üçün əlyetərli olması zəruriliyidir. Hesabı bağlamaq funksiyası mövcud deyil. Amma xüsusi səbəb olduqda əlaqə bölməsindən bu barədə müraciət etmək olar.

NONANE (2015-03-28 14:28:49)
Men bunu ona gore deyirem ki, menden artiq necenci defedi xahis edirler whats app ve s , mende ,messaj olmadigna gore, oz konfedeligimi qorumaq ucun onlara yardim ede bilmirem. Duz deyirsiz problem aciq umumi seyfede hell olunmalidir ki, digerlerinde istifade edib, problemi hell ede bilsinler. Amma herden bir lazim olur sexsi messaj gondermek. Hardaki yalniz "qisa konkret mesajlar" gondermek olsun. cunki bezi problemlerin helli cox uzun cekir. Bir sualimda var. Burda akuanti baglamaq ucunne etmek lazimdi? Cavabiniza gore teshekur edirem.

E. Hacı (2015-03-28 14:08:36)
Salam. Bunu reallaşdırmaq çox asandır, amma bizim saytın mahiyyətinə uyğun deyil. Bir nəfər bir nəfərə zəng edib kömək eləsin, fbda başa salsın və.s. - bunlar bizim istəyimizə daxil olan şeylər deyil. Biz CONTENT yaratmaqda maraqlıyıq, ki bir problemin həlli yazılsın, və gələcəkdə bu problemlə rastlaşan 100-lərlə şəxs rahatlıqla google-dan gəlib cabvabını alsın. Vaxt itirmədən, beş saniyəyə. Bizim məqsəd budur. Və qismən də olsa nail olmuşuq buna. Təsəvvür edin ki, hər gün sayta daxil olan istifadəçilərin cəmi 30%i saytın öz istifadəçiləridir, 70%-i googledan sayta ilk dəfə gəlib probleminin cavabını tapan istifadəçilərdir. Bu məncə yaxşı nailiyyətdir. Ona görə də şəxsi mesajlaşma bizə uyğun deyil, ola bilər gələcəkdə hansısa formada olsun, indidən demək olmaz, amma hazırda uyğun görmürük.