Huawei Ascend G700 telefonunun ekrani qaralır

Telefonun ekranı öz-özünə qaralır, zənglər gəlir, danışmaq olur, lakin ekranda heç nə görünmədiyi üçün zəng etmək olmur. Zəmanət müddəti bitməyib. bir dəfə təmir edib veriblər, lakin 3 aydan sonra ikinci dəfə qaralanda açdılar, dedilər suya düşüb, zəmanətdən çıxarırıq və qaytardılar özümə. Evə gətirib yandırdım gördüm telefon işləyir, hər şey qaydasındadır. İndi 6 ay keçib üstündən ekran yenə qaralıb. Bəzən danışarkən açılır və yenə qaralır. Telefon yağışlı günlərin birində həqiqətən islanıb, amma suya düşməyib, bilirəm ki, bunu sübut eləmək də çətin məsələdir. Telfonun probleminin su olmadığını da bilirəm, əgər su idisə səbəbi, birinci dəfə niyə qaralmışdı? yağışda islanandan sonra telefon 3-4 ay işləyib problemsiz. Telefonu aldığım mağazada məzh bu telefonları barter eləmirlər, bu da bele bir fikir yaradır ki, bu telefonların nasazlığı var. Hara müraciət edib məsələni aydımlaşdıra bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2015-04-02 16:27:52)
ilk öncə aldığınız dilerin imtina etmə səbəbi heç bir məntiqə sığmır əgər problem siz tərəfdən olmuyubsa bunu tələb edin yox əgər zəmanətdən kənar yəni root etmisinizsə o zaman problemi şəxsi hesabınızla həll etməlisiniz telefonun problemini isə dəqiq bilmək üçün usta yanına aparmaq lazımdır belə fikir söyləmək biraz çətin olar çünki problem bir neçə səbəbdən ola bilər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Huawei ascend p6 yeni dil əlavə etmək

AppLock proqramı haqqında

Huawei ascend Mate 7

huavvei telefonları

Huawei y220-də problem

Huawei telefoları haqqında məlumat