Kompüter təmir kursları və iş tapmaq

Salam net-də həzirdim birdə bu sayt qabağıma çıxdı. Burda Kompüter təmirinə aid kursa rast gəldim. Deməli kurs müddəti 5 aydı və ayı qrup şəklində 150 manatdı. Sizcə bu aşağıdakılar bilən biri rahatca hansısa kompüter təmir müəssəsində iş tapa bilərmi yoxsa yox)). Təşəkkürlər [code]Professional səviyyə: 5 ayliq kursdu. Bu səviyyə daha profesional it mütəxəssislərin hazirlanmasi üçün nəzərdə tutulmuşdur. Profesional şəkildə kursu bitirən tələbələrə diplom verilir. Profesional səviyyədə kursun dərs proqrami: Kompyuterin əsas hissələri Kompyuterə qoşulan əlavə qurğular və onlarin quraşdirilmasi (printer, skaner, web kamera və s. Qurğularin qoşulmasi) Bios haqqinda məlumat Kompyuterin format olunmasi Windows əməliyyat sisteminin yüklənməsi Driverlərin yazilmasi Proqramlarin yazilmasi Antivirus proqramindan istifadə Windows ə.s.- də bəzi sistem əməliyyatlari Texniki dərslər Kompyuterin əsas daxili hissələri Daxili qurğularin quraşdirilmasi Prosessor, ram, hard disk, video kart və ana kart haqqindada geniş məlumat Əlavə qoşulan daxili hissələr (modem, tv kart və s.) Praktiki dərslər Şəbəkələr haqindada məlumat Şəbəkələrin qurulmasi Tcp/ip təyini; xab, switch və digər qurğularin şəbəkədə istifadəsi Şəbəkədə internet və printerlərin istifadəsi Şəbəkədə istifadə olunan proqramlar Bütün proqram diskləri pulsuz olaraq verilir. Notbuklarin temiri Bu dərslər 50-60 dərs saati və 10 praktiki dərs saatindan ibarətdir. Praktiki dərs saatlari pulsuzdur!!! Qiyməti: qrup150 manat (10 dərs saati)[/code]

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Namazov Ismayil (2015-04-02 17:01:47)
Təşəkkürlər qaqaş

Maqa (2015-04-02 16:22:49)
Məncə qiymət normaldı çünki demək olar çox şey öyrədilir qaldı ki iş tapmaq olar hələ sertifikat və ya diplom olandan sonra biraz maliyyə vəsaitiniz olsa şəxsi obyekt əldə edib işləmək olar hansı ki mən özüm eyniylə belə edirəm

Namazov Ismayil (2015-04-01 01:35:15)
Suala diqqət yetirin sonra cavab yazın). Həm pratiki başqa şeydi internetdən öyrənmək başqa şey.

selef (2015-04-01 01:31:44)
ilk öncə insanda həvəs olmalıdı və bunları öyrənmək üçün müəllimin olması şərt deyil.