internetdə vergi ödemek

Salam internetdə(Plati.ru) , Her hansısa saytda Oyun Qızılları (COİNS) satsam vergi ödəməliyəm? necə ödəməliyəm və hara ? vergi idarəsi saytında belə bir şey tapa bilmədim, təxmini deyək 100 dollarliq satışa görə nə qədər ödməliyəm? Webmoney ve Paypal ilə satarkən

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

NeymarJR (2015-04-04 16:34:21)
uzun işdi ) 100 200 dollara bişey satsam 4 5 manat vergi üçün vergiler departamentinin dalıyca qaçmalı olacam çox sağol satmamaq ondan yaxşıdır

E. Hacı (2015-04-04 16:04:32)
Online da ödəmək olur, bankdan da. Çap eləmək yəni printerə vermək - bu sənəd qüvvəsini daşımır, möhür yoxdur deyə, amma yenə də yoxlayana kömək edə bilər ki, bank çıxarışlarınız ilə tutuşdura bilsin. Evə gəlmək deyəndə ki, bu onların hüququdur, zəng edib görüş təyin edib yoxlamaq etmək.

NeymarJR (2015-04-04 15:55:29)
çox sağol, ödənişə görə banka getməliyəm yoxsa visa kartla ödəmək olur ? çap edib göstərmək skrinə deyirsiniz yoxsa normal çap eləmək ? sonra satışı dayandırsam nə etməliyəm? 100 20o dollarlıq satışa göre evə gələrlərki ?)

E. Hacı (2015-04-04 14:52:15)
Salam. Satışı həyata keçirən sayt sizə hər halda ödəniş edərkən nəsə online da olsa çek kimi email göndərir. Ən azından onu çap edib göstərə bilərsiz vergi yoxlaması olsa. Belə hesabatda isə hər hansı çek lazım deyil, doldurub göndərirsiz sonra ödəniş edirsiz banka, vəssalam. Gəlib nə vaxtsa yoxlasalar ki, gəlirlərin sənədlərini göstər, istər bankdan çıxarış, istərsə də o saytdan sizə verilən e-sənədi çap edib göstərmək olar. Çünki bundan o tərəfə göstərə biləcəyiniz sənəd yoxdur bu işlərdə. Hesabatı isə e-taxes.gov.az-dan asanlıqla verə bilərsiz.

NeymarJR (2015-04-04 13:51:44)
yazmaq yadımdan çıxdı burda oxudum 4% dir ama mən Belə bir yazı oxudum burda Hər 3 aydan bir online hesabat verib sonra vergini banka ödəmək lazımdır. Sadələşdirilmiş vergi ödəyəcəksiniz, rayonda yaşayırsınızsa gəlirin 2%-i, Bakıda 4%-i dəyərində vergi. Hesabatı necə verəcəm, satdığım barədə əlimdə sənəd olmayacaqki onlara nə yazıb göndərəcəm və onlar hardan biləcək mən nə qədərlik satış eləmişəm